14:43 24.06.2023 1306

"Araz Naxçıvan"da sular durulmur - AFFA da bezib

Mayın ortalarında AFFA-nın Lisenziya Komissiyası, düz bir ay sonra, yəni bu ay isə İcraiyyə Komitəsi tərəfindən qarşısında "yaşıl işıq" yandırılan "Araz Naxçıvan"ın Premyer Liqanı tərk edən "Şamaxı"nı əvəz etməsi üçün heç bir hüquqi əngəl yoxdur. Baxmayaraq ki, çempionatın təşkilinə cavabdeh olan qurum - Peşəkar Futbol Liqası Naxçıvan klubundan bəzi öhdəlikləri yerinə yetirməyi tələb edib. Söhbət infrastrukturla, xüsusilə də stadionun vəziyyəti ilə bağlıdır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, mövsüm bitən kimi arenanın qazonunu süni örtüklə əvəzləmək üçün işə start verəcəklərini üzərinə öhdəlik götürən "Araz Naxçıvan"dan hələ də xəbər yoxdur. PFL-ə "bu gün-sabah" deyə-deyə, iyun başa çatır. Nə komandanın durumu bəllidir, nə də stadionun örtüyünü dəyişdirmək üçün işə başlayıblar. 

Klubdan çıxıb prosesin niyə ləngidiyini deyən də yoxdur. Arada baş məşqçi Azər Bağırov qalıb. Bu dəfə də onunla əlaqə saxlayıb vəziyyəti öyrənmək istədik. Azər bəy qarşıdakı üç gün ərzində bütün suallara aydınlıq gələcəyini bildirdi. 

Baş məşqçidən bundan artıq bilgi ala bilməsək də, mümkündür ki, klub rəhbərliyi çıxış yolu kimi komandanı Bakıya köçürsün. "Dalğa Arena", "ASK Arena" boş olduğu üçün "Araz Naxçıvan" ev oyunlarını bu stadionlarda keçirə bilər. Hətta variantlar arasında Abşeron Olimpiya Kompleksi də var.       

Bir sözlə, qarşıdakı bir neçə gün "Araz Naxçıvan"ın taleyi baxımından həlledici olacaq. Klub infrastrukturla bağlı götürdüyü öhdəliyi yerinə yetirə bilməsə, çempionata buraxılmaya bilər. Komandanı Bakıya köçürmək güzəşti də inandırıcı deyil, çünki bu da artıq xərc tələb edir. Axı söhbət həm də əsas komandadan yox, əvəzedicilər, aşağı yaş qrupları və sairdən də gedir.

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 İyul 2026
02:04

KL: Komandası qələbə qazandı, Mahir isə...

01:11

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

00:10

Azərbaycanlı döyüşçüdən növbəti parlaq qələbə

23 İyul 2026
23:15

"Bakıda qələbə qazanaraq mərhələni keçmək istəyirik" - Rəşad Sadıqov

22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

Facebookdan bizi izləməyi unutmayın.
X