
“Qəbələ”nin futbolçusu Fares Abu Akel əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Vətəni İsraildə ön çarpaz bağlarından aldığı zədəyə görə cərrah masasına uzanan yarımmüdafiəçiyə tibbi müdaxilə uğurla nəticələnib.
Xatırladaq ki, Fares Abu Akel ötən mövsümünün 34-cü turu çərçivəsində baş tutan “Turan Tovuz”la ev oyununda (1:2) sıradan çıxmışdı.