
Ankarada təlim-məşq toplanışında olan "Turan Tovuz"un futbol akademiyanın koordinatoru Rasim Əliyev və məşqçisi Seymur Tağıyev Türkiyəyə yollanıblar.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar əsas komandanın məşqlərində iştirak etməklə yanaşı, yeniliklərlə tanış olmaq və təcrübələrini artırmaq üçün Türkiyənin köklü klublarından olan “Gənclərbirliyi”nin futbol akademiyasında da təcrübə keçəcəklər.

Qeyd edək ki, iyulun 13-dən Ankaranın Qızılcahamam bölgəsində təlim-məşq toplanışında olan "Turan Tovuz"un hazırlığı iyulun 28-nə qədər davam edəcək.