Birinci Liqanın 2-ci turunda "Şamaxı"nın qonağı olan "Araz Saatlı" 0:8 darmadağınla üzləşdi. Komandanın kapitanı və qapıçısı Əmrah Məmmədli ilə əlaqə saxlayıb ardıcıl ağır yenilgilərlə bağlı fikirlərini öyrəndik.
"1 nömrə"nin Fanat.Az-a açıqlaması belə oldu:
"İlk öncə onu deyim ki, komanda yeni qurulub və çempionatın ən gənc kollektividir. Səhvlər sössüz ki olacaq, bu, normaldı. Bu səhvlərdən dərs çıxarıb daha da yaxşı oynacayıq. İlk turlardan iki təcrübəli və güclü komandalarla oynamağımız bizə biraz çətin oldu. Amma nə olsa da, mübarizə apardıq. Məğlubiyyətlər ağır oldu, amma bu o demək deyil ki, biz çox zəifik. Dünya səviyyəsində bir çox peşəkar komandalar da çox ağır məğlubiyyətlər alıb. Komanda oyundan-oyuna daha da yaxşı olacaq, xal və xallar qazanacayıq".
Nahid Məmmədov