21:53 12.10.2023 606

Sərxan Hacıyev: “Qarşıya müsbət dinamikalı oyun göstərmək məqsədi qoyulub”

AFFA-nın baş katibi Sərxan Hacıyev Tallinə “ETOPAZ”ın dəstəyi ilə səfər edən idman mediasından olan jurnalistlər üçün brifinq keçirib.

Fanat.Az-ın əməkdaşının da iştirak etdiyi tədbirdə bir çox maraqlı məqamlara toxunulub.

- Əcnəbi məşqçilərə qulaq asırıq. Canni de Byazinin indicə başa çatan konfransında da, təəssüf ki, məşqçi Azərbaycan millisinin oyunundan danışmaqdansa, sərhçiliklə məşğul idi. Azərbaycan futbolunun problemlərindən, futbolçu çatışmazlığından, rəqiblərin səviyyə üstünlüyündən və onların futbolçularının güclü çempionatlarda oynamağından danışır. Sanki bura məşqçilik deyil, şərhçiliyə gəlib. Bəlkə AFFA de Byaziyə gözləntisini düzgün çatdıra bilməyib? Çünki adam 4-cü tsikldi işləyir və yenə problemlərdən danışır. Hansı ki, bunları biz də bilirik. Problem nədədir? Ola bilər ki, AFFA Canını de Byazinin qarşısına əlindən nə gəlir, elə işlə şərti qoyub? 
- O qaydada heç bir şərt qoyulmayıb. Əlbəttə ki, hər bir baş məşqçi məsələ, sualla bağlı tutarlı və əsaslı səbəb gətirmək məcburiyyətindədir. Tsikl başa çatdıqdan sonra İcraiyyə Komitəsinin iclasında məşqçidən hesabat tələb olunacaq. Bu cür iclaslarda hesabatlar dinlənilir və suallara cavab alınır. Mətbuat konfranslarında hansısa suallara şərh kimi cavab verməsinə dəqiq nəsə deyə bilmərəm.

- Yəni hansısa əcnəbi məşqçi gəlibsə, gozləntimiz bizə problemləri danışması deyil, o problemlərdən çıxış yolunu tapmasıdı. Nəticə gözləyirik. Yəqin AFFA da nəticə gözlədiyi üçün baş məşqçini saxlayıb. Çünki bu nəticələri yerli məşqçilərimiz də verə bilərdi. Hərdən əcnəbilər rəqiblərin güclü olduğunu deyirlər. Təbii ki, rəqib güclü olduğu üçün biz də güclü məşqçi axtarırıq. Rəqiblər zəif olsa, öz məşqçilərimizlə, imkanlarımızla öhdəsindən gələrdik. 
- İK-nin iclaslarında eyni suallar baş məşqçiyə verilir. Ümumi olaraq belə deyə bilərəm ki, verilən cavablar nəzərə alınır və gələcəkdə müəyyən qərarlar çıxarılacaq.

- Canni de Byazi təyin olunanda qarşısına heç bir məqsəd qoyulmadığını demişdi. 3 ildən sonra da belə hiss olunur ki, nə fikri, nə də gələcəklə bağlı planları var. Heyətdən də görünür ki, perspektivə hesablanmış heyət də deyil. Sözlərindən belə çıxır ki, bu rəqiblərlə eyni qrupdan nə gözləmək olar? Əgər uduzacaqdıqsa, heç olmasa gənclərdən heyət qura bilməzdi? Belə anlaşılır ki, bu məşqçinin nə planı, nə də gələcəklə bağlı düşüncəsi var. Sadəcə, vaxt keçirir...
- Bu məsələ ilə bağlı onu qeyd edim ki, ilk növbədə hər hansısa bir məşqçi oyuna çıxırsa və oyundan öncə məğlub olursa, bu düzgün deyil. Təbii ki, mən hələ sizə konfransda hansı cavabın verildiyini bilmirəm. Düşünürəm ki, rəqibdən, qrupdan asılı olmayaraq, komanda qələbə üçün çıxmalıdır. Məqsəd qələbə olmalıdır. Hazırda müəyyən reallıqlar var. Bunlari nəzərə alaraq, Avropa çempionatının final mərhələsinə vəsiqə məqsədi çətindir. Qarşıya müsbət dinamikalı oyun göstərmək məqsədi qoyulub. Bunun yerinə yetirilib-yetirilməməsinə aidiyyatı komitə tərəfindən baxılır. Müəyyən qərarlar verilir. Onu da vurğulamaq istərdim ki, belə fikir formalaşırsa ki, qrup çətindir və biz heç nə edə bilmərik, bu düzgün deyil.

- Özbəkistanda Elxan Məmmədovla görüşünüz olub. Bu görüşlə bağlı məlumat verərdiniz.
- Görüş Elxan Məmmədovla deyil, ümumi Avropa və Asiya federasiyaları ilə olub. Özbəkistan səfəri iki hissəli oldu. İlk hissədə bir neçə federasiya - Portuqaliya, Avstriya, Azərbaycan, Macarıstan, Qazaxıstan iştirak edirdi. Asiyadan Türkmənistan, Qırğızıstan iştirak edirdi. Burada sırf fikir və təcrübə mübadiləsi üçün görüş idi. Biz də infrastruktur sahəsində görülən işlərlə bağlı təqdimat etmişdik. İkinci görüş isə türkdilli ölkələr arasında idi və baş katiblər iştirak edirdi. Burada FİFA və UEFA nümayəndələri də iştirak edirdi. Burada əsas məqsəd türkdilli ölkələr arasında müəyyən əməkdaşlıq yaratmaq idi. Müəyyən liqa yarışlarının keçirilməsi, məşqçilik sahəsində, ola bilsin hakimliklə bağlı təcrübə mübadiləsi istiqamətində görüşlər idi. Ümumi olaraq görüş bu istiqamətdə idi.

- Bəs Elxan Məmmədovla görüş olmadı?
- Xeyr, ayrı görüşümüz olmayıb.

- Qeyd etdiniz ki, Avropa çempionatının final mərhələsinə çıxmaq real deyil. Konkret olaraq, xal məqsədi qarşıya qoyulur? 
- Belə cavab verim. Əslində bunlar bir-birinə bağlı məsələdir. Xal deyə bilmərəm. Konkret belə tələb yoxdur ki, bu mövsüm filan qədər xal toplayacaqsan. Ancaq düşünürəm ki, tutarlı, yaxşı oyun göstərmək elə xala bağlı olan məsələdir. Yaxşı oyun göstərdiyində, müsbət dinamika görəcəyik ki, bu da xalın artmasına səbəb olacaq.

- Elxan müəllim özü bildirmişdi ki, mənim beynəlxalq təcrübəmdən faydalana bilərsiz. Sizin bu baxımdan ona hər hansı müraciətiniz oldumu?
- Xeyir, mən müraciət etmədim.

- AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elxan Məmmədovun sabahkı oyunda olması gözlənilmir. Səbəbin bilmək olar?
- Rövnəq Abdullayevin bura gəlməsi nəzərdə tutulmuşdu. Bilirsiniz ki, Rövnəq müəllim həm də iqtisadiyyat nazirinin müavinidir. Müəyyən qrafik sıxlığına görə komanda ilə gələ bilmədi. Amma bu gün kollektovlə görüşümüz oldu və Rövnəq müəllim telefon bağlantısı ilə əlaqə saxladı. Komandaya müəyyən sözlərini çatdırdı.

- Mükafat vəd verdi?
- Məsələ sırf mükafat deyildi. Əsas məqsəd dəstək olmaq idi.

- Bəs Elxan Məmmədov niyə olmayacaq?
- Elxan Məmmədovun görüşə gəlməsi öncədən də nəzərdə tutulmayıb.

- Demək olarmı ki, belə məqamda rəhbərliyə də millinin gələcək taleyi əhəmiyyətsizdir?
- Deməzdim ki, birmənalı şəkildə komandanın taleyi maraqlı deyil. Ən azından Rövnəq müəllim əlaqə saxladı, dəstəyini göstərdi. Səfəri isə son anda alınmadı.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

20:16

Cəmi bir həftəyə 1 milyard avro xərcləndi

19:52

Misir - Argentina matçındakı hakim qərarları araşdırılacaq

19:22

Fransa - Mərakeş matçını 5 argentinalı idarə edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X