16:29 15.04.2024 492

İcraiyyə Komitəsi nəyi gözləyir?

Aprelin 2-də yeni tərkibdə ilk yığıncağı baş tutan AFFA İcraiyyə Komitəsinin növbəti iclası yubanır. 

Fanat.Az xəbər verir ki, önəmli məsələlərin müzakirəsi və qərarların verilməsi üçün yenidən toplaşması vacib olan AFFA-da sözügedən tədbir mayın əvvəlinə planlaşdırılır. 

Həmin vaxt ölkə futbolunun gələcəyini müəyyən edəcək bir sıra qərarlar verilməlidir. Çempionatda komanda sayı, reqlament, AFFA daxilində kadr və struktur dəyişiklikləri, təyinatlar həmin vaxta kimi dəqiqləşəcək, İK-da rəsmi təsdiqini tapacaq.

Lakin bəzi məsələlər var ki, daha tez həll olunmalıdır. Məsələn, milli komandaların hamısının başsız qalması faktdır. Əsas milliyə sabiq baş məşqçi Canni de Byazinin köməkçisi olmuş Arif Əsədov rəhbərlik edir. Lakin onun müqaviləsi olmadığından və yeni baş məşqçinin əcnəbi mütəxəssis olacağını bildiyindən, milli üzvlərini izləməsi, növbəti toplanış üçün hazırlıq planı tərtib etməsi absurddur.

Aşağı yaş qrupları üzrə milli komandalarda da eyni vəziyyətdir. Məşqçilərlə müqavilələr ilin əvvəlində bitib, onlar daxili əmrlə daha 3 ay postunda saxlanılıb. Amma aprelin 1-dən həmin müddət də başa çatıb. Bu səbəbdən yığmalar başsızdır, təyinatı təsdiqlənməyən məşqçilərin işə can yandıracağı da inandırıcı görünmür.

Bu səbəbdən İK-nın mayı gözləmədən yığışması, ən azı milli komandalarla bağlı qərar verməsi lazımdır. Əsas komandayla bağlı proses uzun çəkə bilər, amma toplanışları sıralanan aşağı yaş qrupları ilə bağlı durum fərqlidir.

Ümumiyyətlə, islahatları start götürdüyü bir zamanda İcraiyyə Komitəsinin daha aktiv olması, tez-tez yığışması yaxşı olardı. AFFA-dakılar isə sələflərinin yolu ilə gedir – qərarlar kabinetlərdə verilir, daha sonra rəsmiləşmə üçün komitə üzvləri bir araya gələcək.

(Futbolinfo)

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 Yanvar 2025
22:30

2025-ci ilin açılış oyunu məhsuldar alındı - VİDEO

22:03

Qurban Qurbanov "Şamaxı" üzərində qələbəni belə şərh etdi

21:44

"Leroy Mikelsin olmaması oyuna təsirsiz ötüşmədi" - Ayxan Abbasov

21:25

Erreranın yeni klubu bilindi - RƏSMİ

20:54

MPL: "Qarabağ" "Şamaxı"ya qalib gəldi

20:25

"Qarabağ"ın futbolçusu mükafatlandırıldı

20:03

"Kəpəz"in yeni transferi: "Komandamız elitada qalmağa fokuslanıb"

19:38

AGF ötən il göstərilən nəticələrə əsasən reytinq siyahısını təqdim etdi

19:17

Amrabat Acun Ilıcalının klubunda - RƏSMİ

18:49

"Çelsi" qazaxıstanlı hücumçunu transfer edir

18:10

Atçılıq Federasiyasında ilə yekun vuruldu, yeni baş katib seçildi

17:48

Tanınmış türk mütəxəssislər Azərbaycana gəldilər

17:30

Ule-Qunar Sulşer rəsmən "Beşiktaş"da

17:13

"Bizi "Sumqayıt"la çətin oyun gözləyir" - Alberto Blanko

16:55

Tedesko istefaya göndərildi - RƏSMİ

16:37

"İndikindən çox oynayacağımı gözləmirdim" - Endrik

16:18

"Leyptsiq" 19 yaşlı hücumçunun transfer hüquqlarına yiyələndi

16:00

Diallo het-trik etdiyi oyundan sonra nə danışdı?

15:42

Birinci Liqa təmsilçisinə danışılmış oyunlarla bağlı seminar keçirildi

15:24

"Real" Kamavinqanı itirdi

15:06

"İstəyirəm ki, insanlar mənə təzyiq etsinlər və..." - Erlinq Holand

14:47

Dieqo Karlos Türkiyə nəhənginə keçir - Razılıq əldə edildi

14:29

"Beşiktaş" Sulşerlə bağlı yayılan məlumatları təsdiqlədi

14:11

Ançelotti "Real" azarkeşləri tərəfindən fitə basılamasına belə reaksiya verdi

13:53

"PSJ-də uğur qazanmağıma eqom mane oldu"

13:35

"Mançester Siti" Holandla müqavilə yenilədi

13:16

Mbappe Benzemanın uğurunu təkrarladı

12:58

“Neftçi” Rusiya çempionatından qapıçı gətirdi

12:40

Azərbaycan güləşçiləri Bolqarıstan turnirinə yollanacaqlar

12:23

Sulşer İstanbul nəhənginin baş məşqçisi olacaq

12:05

"Neftçi" "Azərreyl"ə qarşı

11:47

Sabiq "Barselona"lı İtaliya klubundan ayrıldı

11:28

Klublarımızın qış planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:09

Alleqrinin yeni iş yeri bilindi

10:50

ABL: Lider "Sabah" "Sərhədçi" ilə üz-üzə

10:31

Slimani Avropaya qayıtdı - RƏSMİ

10:10

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Bayer"in ulduzu Musialanı qabaqladı

09:00

"Barselona" səs-küylü transferə hazırlaşır

02:43

İspaniya Kuboku: "Real Madrid" əlavə vaxtda şou göstərdi

Facebookdan bizi izləməyi unutmayın.
X