Azərbaycan milli komandasının məşqçisi Arif Əsədovla yığmadan ayrılıb.
Fanat.Az AFFA-nın saytına istinadən məlumatına görə, mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
O, UEFA-nın Məşqçi Kurslarında təlimatçı kimi fəaliyyətini davam etdirəcək. Əsədova göstərdiyi xidmətlərə görə təşəkkür edilib, gələcək fəaliyyətində uğurlar arzulanıb.
Qeyd edək ki, Əsədov 2020-ci ildən Azərbaycan millisinin məşqçisi idi. O, bu ilin mart ayından iyun ayınadək yığmanın müvəqqəti baş məşqçisi olub.