Azərbaycanın FIFA referiləri Kamal Umudlu və Fəridə Lütfəliyeva UEFA-nın CORE Beynəlxalq Konsolidasiya Kursunda iştirak edəcəklər.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunacaq.
Sentyabrın 3-də start götürəcək kurs 4 gün davam edəcək.