FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov yeni vəzifəyə təyin olunub.
Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bundan sonra FİFA-da Baş Üzv Assosiasiyaların direktoru postunu tutacaq.
Məmmədov bu postda Kenni Jean-Marini əvəz edəcək. AFFA-nın sabiq icraçı vitse-prezidentinin müavini isə İsveçrə millisinin sabiq yarımmüdafiəçisi Jelson Fernandeş olacaq.
FİFA-nın baş katibi Mattias Qrafström Elxan Məmmədovun yeni təyinatını belə dəyərləndirib: “Elxanın yüksəlişi layiqlidir. O, ardıcıl olaraq liderlik, yaradıcılıq və qlobal miqyasda futbolun inkişafına dərin sadiqlik nümayiş etdirir. Biz onun bu yeni vəzifədə uğur qazanmağa davam etməsini görməkdən şadıq".
Qeyd edək ki, E.Məmmədov noyabrın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacaq. O, əvvəlki vəzifəsinin icrasını da davam etdirəcək.