16:27 30.05.2025 1580

Utziqlə Tiaqo getsələr də... - "Qartallar"ın Avropa macərasına ön söz

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Mövsümü 74 xalla 2-ci pillədə başa vuran "Zirə"nin Azərbaycanı növbəti dəfə avrokuboklarda təmsil edəcəyi dəqiqdirsə, komandanın mübarizəyə UEFA Avropa Liqasında və ya UEFA Konfrans Liqasında başlayacağı ölkə kubokunun final oyunundan sonra bilinəcək. Mayın 31-də baş tutacaq həlledici qarşılaşmada "Qarabağ" qələbə qazanarsa, "qartallar" güclərini AL-də, sevinən tərəf "Sabah" olarsa, KL-də sınayacaqlar. Bir mövsüm öncə KL-in pley-off mərhələsinə qədər irəliləyən qəsəbə təmsilçisinin cari "futbol ili"ndə ortaya qoyduğu performans isə bu komandanın yenə qitəmiqyaslı turnirlərdə layiuqli çıxışla diqqət çəkəcəyini proqnozlaşdırmağa əsas verir. Şübhəsiz, Rəşad Sadıqovun komandasının bu dəfə nəyə nail olacağını indidən söyləmək proqnozdan çox münəccimlik etmək cəhdinə bənzəyər. Amma müxtəlif yönlərdə dərin təhlillər aparsaq, "Zirə" adına gələcəyə ümidlə baxmaq olar.

Sadıqovun 5-ci mövsümü

"Zirə"nin baş məşqçisi postunda 5-ci mövsümünü keçirən Rəşad Sadıqovun əvvəlki illərdə də "bərk qoz" formalaşdırdıra bildiyi dəqiqdir. Hərçənd sözügedən mütəxəssisin KL-in pley-offuna qədər irəliləməsi belə desək, gözləniləndən daha yaxşı nəticə sayıldı. Avrokubok mübarizəsi başa çatandan sonra komandanın komandanın daxili turnirlərdə hansı performansla diqqət çəkəcəyi böyük maraq doğururdu. Yalnız "Qarabağ"dan geri qalan "qartallar"ın 74 xal toplaması öz yerində, ortaya qoyulan futbolun keyfiyyəti çox şeydən xəbər verdi. "Zirə"nin komanda şəklində bütün aspektlərdə irəli addım atdığı danılmaz faktdır. Sadıqovun komandası Azərbaycan Kubokunun 1/4 finalında "Araz-Naxçıvan"a uduzaraq (0:1, 0:2) mübarizəni dayandırsa da, Premyer Liqada sərgilədiyi futbol və qazandığı nəticələrlə həm də mental baxımdan yaxşıya doğru dəyişdiyini isbatladı.

42 yaşlı mütəxəssisin cari mövsüm məşqçilik təcrübəsini bir qədər də artırdığını, öz futbol fəlsəfəsini futbolçularına daha effektli şəkildə çatdıra bildiyini sezmək çətin deyil. Əlbəttə, bir baş məşqçinin bir klubda 5 il fəaliyyət göstərməsində qeyri-adi nəsə yoxdur. Lakin "Zirə" rəhbərliyinin Sadıqova güvənməsi, işinə müdaxilə etməməsi də mövcud sabitliyi və inkişafı şərtləndirən əsas amillərdəndir. 

 Ötən yay nə dəyişmişdi?

"Zirə"nin 2024/2025 mövsümünün əvvəlində heyətdə radikal islahatlar apardığını söyləməyə dəyməz. Doğrudur, gedənlər və gələnlər oldu, ancaq "yeni qan" oyun sistemində hər hansı boşluğa yol açmadı. Zamanla gələnlərin gedənlərdən daha faydalı olduğu üzə çıxdı. Yerli futbolsevərlərin "Neftçi"dən yaxşı tanıdığı 27 yaşlı nideriyalı vinger Yusuf Laval zədə səbəbindən komandanın gücünə güc qata bilməsə belə...

Gələnlər: Fuad Bayramov (“Şamaxı”), Aydın Bayramov (“Turan Tovuz”), Elçin Əlicanov (“Kəpəz”), Rüstəm Əhmədzadə (“Qarabağ”, icarə), İsmayıl İbrahimli (“Qarabağ”, icarə), Davit Volkov (“Sabah”), Martins Junior (“Kəpəz”), Ange Mutsinzi (“Jerv”, Norveç), Georgi Papunaşvili (“Kəpəz”), Ayron Qomis (“Kasımpaşa”, Türkiyə), Yusuf Laval. 
Gedənlər: Vladislav Kulaç, İlkin Muradov (“Şamaxı”), Sezar Meza Kolli, Dimitrios Çantakias, Rəhim Sadıxov (“Sumqayıt”), Məmməd Hüseynov (“Kəpəz”)
Müqavilə müddətini artıranlar: Qismət Alıyev, Anar Nəzirov

Qışda ciddi dəyişikliyə ehtiyac olmadı

Ümidləri doğrultmayan nigeryalı yarımmüdafiəçi Abbas İbrahimlə yollarını qarşılıqlı razılıq əsasında ayıran "qartallar" portuqaliyalı Rikardo Martinsi rənglərinə bağladı. Yəni "Zirə" oyunçu sayını artırmadan keyfiyyəti yaxşılaşdırmaq yönündə daha bir addım atdı. Texniki cəhətdən daha hazırlıqlı Martinsin forma şansı qazandığı matçlarda ümidləri doğrultduğunu söyləmək olar. Bəlli həqiqətdir ki, qışda səviyyəli oyunçu tapmaq həmişə çətindir.

Belədə, "qartallar"ın transfer məsələləri ilə bağlı daha ciddi işləri yaya saxlaması başadüşüləndir. Qəsəbə təmsilçisinin yanvarda iki önəmli legioneri - Salifu Suma və İssa Cibrila ilə müqavilə yeniləməsi isə onları sıralarında görmək istəyən digər klubların arzularını vaxtından əvvəl puça çıxarmaq baxımından yetərincə effektli gediş sayılmalıdır. Yeri gəlmişkən, 21 yaşlı Suma üçün 2024/2025 mövsümü daha parlaq alındığını da vurğulamalıyıq.

Sumanın mövsümü 

Qvineya-bisaulu Sumanın zəif oyunçu olmadığı 2023-cü ilin yayından bəri çoxlarına aydın idisə, onun indiki performansı sözün əsl mənasında, tərifəlayiqdir.

Təsadüfi deyil ki, "transfermarkt" portalı Salifunun transfer qiymətini 850 min avro ilə dəyərləndirir. Adı Kiyev "Dinamo"su və İstanbul nəhəngləri ilə yanaşı çəkilən gənc vinger Sadıqovun rəhbərliyi altında yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mövsüm Premyer Liqada 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalan cinah hücumçusunun fiziki göstəriciləri, sürəti, taktiki tapşırıqları yerinə yetirmək məharəti nəzərəçarpan dərəcədə yüksəlib. Onun mərkəz hücumçusu mövqeyində də çıxış etməyi bacarması avrokubok ərəfəsində azarkeşlərin ürəyinə yeni ümid toxumları səpir. 

İki əsas heyət üzvü getsə də...

Sadıqovun özünün açıqladığı kimi, hücumçu Rafael Utziq və portuqaliyalı qapıçı Tiaqo Silva komandadan ayrılmaq niyyətindədirlər. Rəşad bəy ürəyi "Zirə" ilə döyünməyənləri, bütün diqqətini ümumi hədəflərə yönəltməyənləri dilə tutmaq niyyətində olmadığını da deyib. Təbii, bu iki legioner KL-in pley-off mərhələsinə qədər davam edən son avrokubok macərasında "qartallar"a böyük fayda veriblər. Lakin onların gedişinin komandanı sarsıdacağını da düşünmək absurddur. Məşqçilər korpusu yeni transferlərlə bağlı çalışmalara başlayıblar və gedənlərin yerinin boş qalmayacağını iddia etmək o qədər də çətin deyil. Artıq "Şamaxı"dakı çıxışı ilə diqqətləri üzərinə çəkən fransalı yarımmüdafiəçi Brahim Konate heyətə qatılıb və bu keçidi əla başlanğıc adlandırmaq yerinə düşər. Bizə Avropa səhnəsində bu mövsüm böyüdüyünü göstərən "Zirə"nin nəyə nail ola biləcəyini gözləmək və ciddi uğurun xəyallarını qurmaq qalır. Ən yaxşısına ümid edək.

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

Facebookdan bizi izləməyi unutmayın.
X