Niderland Erediviziyasında 2-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin vingeri Ozan Can Kökcunun formasını geyindiyi "Volendam" "Alkmaar"ın qonağı olub.
Oyun 2:2 hesabı ilə başa çatıb. Meydana start "11-lik"də çıxan Kökçü 61-ci dəqiqədə əvəzlənib.
İki oyuna 2 xal toplayan "Volendam" hazırda turnir cədvəlinin 12-ci pilləsində mövqe tutub.
Nihat