
Misli Premyer Liqasının (MPL) 6-cı turunda "Sabah"ın qonağı olacaq "Sumqayıt"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bunu Fanat.Az-a açıqlamasında "kimyaçılar"ın sözçüsü Zaur Xudiyev deyib:
"Cəzalı futbolçumuz yoxdur. Ağır zədə aldığı öncədən bilinən Ayxan Süleymanlını nəzərə almasaq, qalan oyunçular məşqlərdə iştirak edirlər".
Qeyd edək ki, "Sabah" - "Sumqayıt" qarşılaşması sentyabrın 28-da keçiriləcək. "Bank Respublika Arena" baş tutacaq görüşün start fiti 19:00-da səsləndiriləcək.
Nihat