
1-ci Liqanın 3-cü turunda Buzovnada "Baku Sportinq"in qonağı olan "Şimal" 1:4 hesabı ilə uduzdu. Mübarizə apardığı çempionatda bu mövsüm debüt edən məğlub tərəfin baş məşqçisi Tural Cəlilovla əlaqə saxlayıb yenilgini şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Təəssüf ki, məğlub olduq. Oyunun icmalına baxanda da qolları fərdi səhvlər üzündən buraxdığımızı görürük. Əlbəttə, "Baku Sportinq" yaxşı komandadır, keyfiyyətli kollektivdir. Rəqibin hücum xətti də güclüdür. Yəni bizdən üstün komanda ilə qarşılaşdıq. Amma buraxılan qollarda futbolçularımızın fərdi səhvləri xüsusi rol oynadı. Müəyyən maliyyə olsa, heyətimizə 3-4 yeni oyunçu qata bilsək, daha yaxşı çıxışla yadda qalarıq".
Qeyd edək ki, "Şimal" növbəti oyununu müvəqqəti sığındığı Şamaxı Olimpiya Stadionunda "Səbail"ə qarşı keçirəcək.
Nihat