
Misli Premyer Liqasının 8-ci turunda "Zirə"ni qəbul edəcək "Sabah" meydana ciddi itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında "bayquşlar"ın sözçüsü Elnur Həmidov deyib:
"Cəzalı futbolçu yoxdur. "Şamaxı" ilə oyunda xəsarət alan Coy Lens Mikels hazırda fərdi məşq edir. Cesse Sekidika, İqor Noqeyra və Aleksey İsayev kollektiv çalışmalara başlayıblar. Onların "Zirə" ilə oyuna qədər tam hazır olub-olmayacaqları indilik bəlli deyil. Zinəddin Uld Xaled, Neqoş Kupusoviç və Boyan Letiç isə zədə səbəbindən qarşıdakı matçda iştirak edə bilməyəcəklər".
Qeyd edək ki, "Sabah" - "Zirə" matçı oktyabrın 19-da keçiriləcək. Matçın start fiti 16:00-da səsləndiriləcək.
Nihat