
Bu gün Bizon Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Qarabağ"la cavab oyununa çıxacaq "Şamaxı"nın neçə itki ilə mübarizə aparacağı dəqiqləşib.
Məlumatı Fanat.Az-a "aslanlar"ın sözçüsü Yusif Hüseynli verib:
"Cəzalı futbolçumuz yoxdur. Arsen Ağcabəyov zədə səbəbindən bu qarşılaşmada iştirak etməyəcək".
Tərəflər Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Görüşün start fiti saat 19:00-da səslənəcək.
Şamaxıda baş tutan ilk matçda Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 2:1 hesablı qələbə qazanıb.
Toğrul