
“Zirə” Misli Premyer Liqasının 31-ci turunda səfərdə “İmişli” ilə 0:0 hesablı heç-heçə edib.
Fanat.Az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:
"Olduqca ağır oyun oldu. Meydançanın vəziyyətini gördüz. Futbolçular 90 dəqiqə ərzində çox istəkli idilər. Qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Amma sonluğu gətirə bilmədik. Qələbə qazanmaq istəyirdik. Önümüzdəki oyunlara hazırlaşacayıq."