13:58 19.05.2026 485

Formal tur ərəfəsində Avropa arzuları

Misli Premyer Liqasındakı mübarizənin başa çatmasına bir tur qalsa da, həm Azərbaycanı avrokuboklarda təmsil edəcək komandaların adlarına aydınlıq gəlib, həm "Karvan-Yevlax"ın elitadan düşəcəyi, həm də "Qəbələ"nin pley-offda oynayacağı dəqiqləşib.

Bu mövsüm UEFA Çempionlar Liqasında fırtına kimi əsən, "Benfika"nı səfərdə (3:2), "Ayntraxt" (3:2) və "Kopenhagen"i (2:0) Bakıda yenən, dünya "div"i "Çelsi" ilə Tofiq Bəhramov adına Respublika stadionunda məhsuldar bərabərliyə razılaşan (2:2) "Qarabağ"ın çempion ola bilməməsi, şübhəsiz, gözlənilməz nəticədir. Qurban Qurbanovun çalışdırdığı kollektiv qitənin ən nüfuzlu klub turnirində mübarizə aparmağın nə demək olduğunu yerli futbol ictimaiyyətinə əyanl şəkildə göstərdi. Yəni kluba böyük məbləğdə qazanc gətirən, azarkeşləri qürurlandıran nəticələrin fəsadları da üzə çıxdı. ÇL-də parlayan əksər futbolçulara xarici klublardan gələn cazibədar təkliflər vəziyyəti mürəkkəbləşdirdisə, həm bir neçə cəbhədə vuruşmaqdan qaynaqlanan fiziki yorğunluq da MPL-də ağlagəlməz məğlubiyyətlərə yol açdı. 

"Qarabağ"ın çox ağır oyun qrafikindən faydalanan "Sabah"ın tarixinin ilk çempionluğuna qovuşması çempionatda rəqabətin artması anlamındadır. İndi "bayquşlar" ardını gətirməli, litvalı mütəxəssis Valdas Dambrauskas maliyyə sıxıntısı olmayan Masazır təmsilçisi ilə ÇL-də fiaskoya uğramamalıdır. Bu yöndə nəyin necə olacağını zaman göstərəcək. İndilik ən yaxşısına ümid edək.   

Rəşad Sadıqovun komandasının - "Zirə"nin avrokuboklara gedə bilməməsini heyətlə əlaqələndirmək lazımdır. Heyət ötənmövsümkü deyildi. Rafael Utziqli, Salifu Sumalı "Zirə" indikindən təbii ki, daha təhlükəli, daha effektliydi. Səbəbini dəqiq deyə bilmərəm, amma görünən budur ki, ötən yay gətirilən "materiallar" səviyyənin artmasına bəs etməyib. Ədalət naminə qəsəbə komandasının mövsümün gedişində üzləşdiyi zədə epidemiyasını da unutmamalıyıq. Bütün hallarda, Azərbaycan Kubokunun finalına yüksələrək "Sabah"a uduzmaq (1:2), sona 1 tur qalmışadək avrokuboklara vəsiqə şansını əldən verməmək də "Zirə" adına faciə sayılmır. 

Əslində, heç "Turan Tovuz"un heyəti də o deyil. Amma Kurban Berdiyev iş gördü. Ehtiyatlı və o qədər də baxımlı olmayan oyun üslubu ilə nəticə verdi. Səkkizinci onluğu xərcləyən türkmən mütəxəssisin futbola öz baxışı var. İllər öncə onun oyun intizamı fəlsəfəsi "Rubin"lə "Barselona"nı "Kamp Nou"da yenməyə də bəs edib. Bir məqam dəqiqdir ki, hər epizodda sonadək mübarizə aparmayan oyunçu ağsaqqalın komandasında ola bilməz. Razılaşaq ki, bu mövsüm Berdiyevli qərb təmsilçisi rəhbərliyin canfəşanlığı fonunda mümkün olanın ən yaxşısını etdi. Başqa kim çempionluğu fırtına kimi əsən "Sabah"dan, 2-ci pilləni də uzun fasilədən sonra titulsuz qalan "Qarabağ"dan ala bilərdi ki? Məsələn, hansı məşqçi və hansı komanda? Tovuz camiəsinə həqiqətən bravolar. 

"Neftçi"nin əsas problemi isə elə Samir Abasovun postundan göndərilməsi ilə aradan qaldırılıb. Ukraynalı mütəxəssis Yuri Vernidub nə komandanın gələn Novruzdan sonra "relsə düşəcəyi"ni deyir, nə də sistemi "otuzdurmaq" üçün bir-iki il vaxt lazım olduğunu... Heç mətbuat konfranslarında qeyri-ciddi atmacalara da ehtiyac duymur. El diliylə desək, başını aşağı salıb işini görür. Abasov dönəmində heyətə cəlb edilən bəzi futbolçuları daha keyfiyyətliləri ilə əvəzləyə bilsə, flaqmanın Konfrans Liqasında da dirçəldiyini isbatlaması mümkündür. Bacaracaqmı? Suala yalnız yayda cavab tapacağıq.

Sadalanan məqamlar yeni mövsümlə bağlı ürəklərdə yeni ümidlər cücərdir. Bir məqam dəqiqdir ki, bu gedişlə növbəti "futbol ili"ndə medallar uğrunda rəqabət daha amansız olacaq. 

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2026
02:11

İspaniya Portuqaliyanı həm turnirdən, həm də baş məşqçisindən etdi

01:54

Portuqaliya - İspaniya matçının ən yaxşı oyunçusu açıqlandı

01:12

İspaniyadan dünya çempionatında inanılmaz rekord

01:01

DÇ-2026: İspaniya millisi 1/4 finalda

00:42

Bakıda Türkiyə bayrağı niyə qadağan olundu?

06 İyul 2026
23:58

"Qarabağ" hücumçusunu fantastik qiymətə satır - SON DURUM

23:02

"Neftçi" "Partizan"a da məğlub oldu

22:39

"Monako" Braziliya millisinin sabiq futbolçusuna tapşırıldı - RƏSMİ

22:21

"Fiorentina" "Trabzonspor"un qapısını döyür

21:46

1.2 milyard insan bu matçı gözləyir

21:19

"Qarabağ"ın "Vestri" ilə oyunlar üçün iştirak ərizəsi bilindi

21:08

"Beşiktaş" yeni qapıçısını tapdı

20:48

Oliver Qlasner "Nottingem Forest"də

20:43

Skaloni qəzəbləndi, 3 ulduz heyətdən kənarlaşdırılır

20:17

"Tottenhem" Rafael Leaunu gətirir: Qiymət bəllidir

19:57

Roman Dolidze köhnə rəqibinə qarşı fərqli çəkidə

19:28

"Nyukasl" 19 yaşlı ulduz üçün 70 milyon avro hazırlayır

18:48

DÇ-2026: Portuqaliya İspaniya ilə qarşılaşır

18:00

"Əlimizdən gələni edəcəyik" - Valdas Dambrauskas

17:55

İspaniya nəhəngi Qerranın klubu ilə danışıqlara başladı

17:37

Fərid Nəbiyevin yeni klubu bilindi - AÇIQLAMA

17:18

"Qarabağ"ın "Vestri"ni mübarizədən kənarlaşdırmağa çətinlik çəkəcəyinə inanmıram"

17:08

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Sumqayıt"ın Müşahidə Şurasının üzvü vəfat etdi

16:59

Qolçu hücumçu bölgə təmsilçisindən ayrıldığını təsdiqlədi

16:50

"Qəbələ" ötən ay müqavilə bağladığı legionerlə əməkdaşlığa son qoydu - RƏSMİ

16:41

Füzuli Məmmədov "Şahdağ Qusar"ın hazırlıq planını açıqladı: "Daha dörd transfer edəcəyik"

16:23

"Tottenhem" tarixinin ən bahalı transferini reallaşdırdı

16:05

"İmişli" milli üzvü ilə anlaşdı

15:46

Azərbaycanlı hakim UEFA Konfrans Liqasının oyununu idarə edəcək

15:27

Şəhriyar Əliyev harada qərar tutacaq? - AÇIQLAMA

15:09

"Qarabağ"ın "Vestri" ilə ilk matça neçə itki ilə çıxacağı bilindi

14:50

Norveç millisinin baş məşqçisi: "Taktiki planda savadlı oyun göstərdik"

14:32

Ançelotti Norveçə məğlubiyyətin ardından nə danışdı?

14:13

Meksika millisinin baş məşqçisi: "Komandamı heç nədə günahlandıra bilmərəm"

13:55

"Əminəm ki, "Sabah" Bakıdakı görüşdə ona sərf edən nəticəni qazanacaq" - Arif Əsədov

13:36

Tomas Tuxel: "Qələbəyə görə qüruruluyam"

13:19

Bombardirin taleyinə aydınlıq gəldi

13:01

"Neftçi" "Partizan"a qarşı

12:43

"Baku Sportinq" 10 futbolçusu ilə vidalaşdı - ADLAR

Facebookdan bizi izləməyi unutmayın.
X