
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İslandiyanın "Vestri" komandasını qəbul edəcək "Qarabağ"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Klubun mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bu qarşılaşmada yalnız bir futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
Hazırda zədəli olan mərkəz müdafiəçisi Bəhlul Mustafazadə Bakıdakı qarşılaşmanı kənardan izləyəcək.
Xatırladaq ki, Bakıdakı oyun iyulun 9-da, saat 20:00-da, səfər qarşılaşması isə iyulun 16-dan 17-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Nihat