22:35 09.07.2026 240

Qurban Qurbanov "Vestri" ilə matçdan sonra nə danışdı?

Bu gün UEFA Avropa Liqasında yeni tsikl start götürüb.

Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ikinci klub turnirində təmsil edən "Qarabağ" İslandiyanın "Vestri" komandasını qəbul edib. Matç komandamızın böyükhesablı qələbəsi ilə yekunlaşıb (3:0).

Matçdan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Azarkeşlərə xüsusi təşəkkür etmək istəyirəm, stadionu tamamilə doldurmuşdular və möhtəşəm bir əhval-ruhiyyə var idi. İlk oyundan başa düşdük ki, çox məsuliyyətli olmalıyıq, çünki azarkeşlərin bizdən gözləntisi olduqca böyükdür.  Futbolçularımı da ürəkdən təbrik edirəm, bu qalibiyyət bizim üçün çox vacib idi. Oyunun gedişatında yeni oyunçularımızı da sınamaq imkanımız oldu. Şükürlər olsun ki, meydandan qalibiyyətlə ayrıldıq. Rəqib həqiqətən yaxşı müdafiə olunurdu. Cavab oyununda da çox məsuliyyətli olmalıyıq. İnanıram ki, oyunun gərgin keçməsi növbəti mərhələlərdə bizim xeyrimizə olacaq."

- Montielin kənarda qalması zədə ilə bağlı idi?

"Yox, zədəyə görə deyildi. Futbolçuların hamısını eyni anda iştirak ərizəsinə sala bilmirik. Gələn tur digər oyunçularımıza da şans verəcəyik. "

- Hazırda hansı mövqelər üzrə transfer çalışmaları gedir?

"Qapıçı mövqeyindən başqa, demək olar ki, hər mövqeyə oyunçu axtarırıq."

- Yassin Benzia və Julio Romaonun geri qayıdışı planlarınızda var?

" Xeyr, hələ ki belə bir planımız yoxdur. "

- Elvin Cəfərquliyevin komandaya qayıtması onun başqa klublara transferinin baş tutmaması ilə bağlıdır, yoxsa onu tamamilə bağışlamısınız?

"Əgər onun transferi rəsmən alınsaydı, bu gün heyətdə olmazdı. O artıq komandamıza qayıdıb. Müəyyən görüşlərimiz, söhbətlərimiz oldu və yenidən geri döndü."

- Zakaria Savonun bugünkü performansını bəyəndinizmi?

"Onun özünəməxsus keyfiyyətləri var. Ümumilikdə bugünkü performansından razı qaldım."

- Mateus Silvaya da rəsmi təkliflər olduğu yazılır, bu barədə nə deyə bilərsiniz?

"Bəli, onunla da maraqlanan klublar var idi, amma hələ ki komandamızdadır və bizimdir. "

- Əli Bəşirova rəsmi təklif gələrsə, getməyinə icazə verəcəksiniz, yoxsa klubda qalmasını istəyirsiniz?

"Əgər onun karyerası üçün faydalı, yaxşı bir təklif olarsa, qarşısını kəsməyəcəyik, mane olmayacağıq. Hər bir halda biz onun yaxşılığı üçün çalışacağıq."

Kamil Xudiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyul 2026
00:03

Ronaldu və ABŞ-ın gedişi mundialda qiymətləri darmadağın etdi

09 İyul 2026
23:15

"Atletiko Madrid"dən 40 milyonluq transfer

22:35

Qurban Qurbanov "Vestri" ilə matçdan sonra nə danışdı?

22:13

"Qarabağ" fantastik oyun nümayiş etdirdi" - Daniel Osafo-Badu

21:52

AL: "Qarabağ" "Vestri"ni "əliboş" yola salır

20:54

"Barselona"dan ilin transfer bombası

20:21

Emre Mor karyerası ilə bağlı yekun qərarı verdi

19:48

"Qalatasaray" İngiltərədə transfer ovunda

19:09

Sabiq "Real Madrid"li "Sumqayıt"ı çalışdıracaq

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

Facebookdan bizi izləməyi unutmayın.
X