
1-ci Liqadakı mübarizəni 9-cu pillədə başa vuran, pley-off matçında 2-ci Liqanın ikincisi "Qaradağ Lökbatan"ı 2:1 hesabı ilə məğlub edərək çempionatdakı yerini qoruyan "Şimal" hələ hazırlığa başlamayıb.
Komandanın çalışdırcısı Tural Cəlilovun Fanat.Az-a verdiyi məlumata görə, "Şimal" gələn ay bir araya gələcək:
"Yeni mövsümdə də əlavə sponsor olmayacaq. Hazırlığa avqustun 10-da başlayacağıq. Çalşırıq ki, ötənilki oyunçuları heyətdə saxlayaq və mümkün olsa, bəzi futbolçular götürək. Axtarırırq, çalışırıq. Maliyyənin az olması təbii ki, çətinliklər yaradır, amma işlərimizi büdcəyə uyğun görməliyik".
Toğrul