
Belçikalı FIFA referisi Frank De Blekerenin AFFA-dakı fəaliyyəti başa çatıb.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun mətbuat xidməti yayıb.
2024-cü ilin iyul ayında AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan De Blekere 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edib.
O, fəaliyyəti dövründə Azərbaycan hakimliyinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və hakimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində öz töhfəsini verib. Belçikalı mütəxəssisin fəaliyyəti dönəmində gənc hakimlərin inkişafına göstərilən diqqət də xüsusi vurğulanmalıdır.
Bu il Azərbaycanın tarixində ilk dəfə FIFA dərəcəli hakimlərinin sayı 4-ə yüksəlib.
Frank De Blekere karyerasını Serbiyada davam etdirəcək. O, Serbiya Futbol Federasiyasında Hakimlər Komissiyasının sədri vəzifəsinə təyin olunub.