12:14 07.08.2026 221

Albaniya klubuna keçən Kamil "Liverpul"da oynamaq istəyir - AÇIQLAMA

Azərbaycanlı gənc futbolçu Kamil Sadıqov yeni mövsümdə Albaniyanın Kavaya şəhərini təmsil edən "KS Besa Kavaya" klubunda top qovacaq. 

Bu barədə Fanat.Az-a oyunçunun atası Elçin Sadıqov məlumat verib.

Onun sözlərinə görə, Kamil “KS Besa Kavaya”da mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edəcək:

"Kamil futbola 6 yaşında başlayıb. Uşaqlıqdan hiperaktiv olması və futbola olan böyük sevgisi onun məhz bu idman növünü seçməsində əsas rol oynayıb. Futbolda ilk addımlarını "Əlincə"də atıb və burada 6 il ərzində özünü xeyli inkişaf etdirib, müxtəlif  turnirlərdə uğurlu çıxışları ilə diqqət çəkib. Daha sonra "Qarabağ"ın məşqçilərinin diqqətini cəlb edən Kamil klubun akademiyasına dəvət olunub. “Qarabağ”da keçirdiyi 6 il ərzində həm texniki, həm taktiki, həm də liderlik keyfiyyətlərini nümayiş etdirib, özünü perspektivli futbolçulardan biri kimi təsdiqləyib, "köhlənlər"in 19 yaşadək oyunçulardan ibarət komandasının kapitanı seçilib". 

Ardından Azərbaycan I Liqasında mübarizə aparan "Difai"də davam etdirən gənc yarımmüdafiəçi buradakı uğurlu oyunu sayəsində Albaniyadan dəvət alıb. 

Kamil özü isə Fanat.Az-a əsas hədəflərini açıqlayıb. O, gələcəkdə Azərbaycan milli komandasının formasını geyinmək, eləcə də dünyanın ən nüfuzlu futbol liqalarından birində oynamaq və ölkə futbolunu ən yüksək səviyyədə təmsil etmək istədiyini deyib. Kamilin əsas arzularından biri İngiltərənin "Liverpul" və Türkiyənin "Qalatasaray" klublarının formasını geyinməkdir.

Qeyd edək ki, "KS Besa Kavaya" Albaniyanın ən köklü və tanınmış futbol klublarından biridir. Klub 25 oktyabr 1925-ci ildə yaradılıb və ölkənin ən qədim futbol kollektivlərindən sayılır. İlk illərində "Adriatiku" və "SK Kavaya" adları ilə fəaliyyət göstərsə də, 1935-ci ildən "Besa" adını daşıyır. Klubun ev oyunları Kavayadakı Besa Stadionunda keçirilir. Ənənəvi forma rəngləri sarı və qaradır. Hazırda Albaniyanın ikinci liqasında çıxış edir. Tarixi boyunca 2 dəfə Albaniya Kubokunun  (2007, 2010), 1 dəfə Albaniya Superkubokunun qalibi (2010), 1 dəfə isə Balkan Kubokunun finalçısı (1971) olub. Kavaya təmsilçisi 2000-ci illərin sonlarında UEFA İntertoto Kuboku və UEFA Avropa Liqasının seçmə mərhələlərində də iştirak edib.

Toğrul

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 Avqust 2026
14:17

"Şəfa" son yoxlama oyunlarını keçirdi

13:59

"Qarabağ"ın növbəti mərhələyə adlayacağına ümid edir və inanıram" - Samir Əliyev

13:41

Fransa klubu Lukakunu rənglərinə bağlamağı planlaşdırır

13:22

Türkiyə millisinin qapıçısı La Liqada oynayacaq - RƏSMİ

13:04

"Barselona" Rodriyə görə 50 milyon avro verəcək

12:51

"Qalatasaray" Martinellini istəyir

12:33

Arif Əsədov: "Qarabağ" artıq üç matçdır ki, qol vura bilmir, amma..."

12:14

Albaniya klubuna keçən Kamil "Liverpul"da oynamaq istəyir - AÇIQLAMA

11:55

"Mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi transfer etmək istəyirik" - Kaxaber Tsxadadze

11:34

Alvares "Barselona"ya keçməkdə qərarlıdır - Simeone ilə danışdı

11:08

"Kuboklar qazanmağa gəlmişəm" - Məhəmməd Salah

10:51

Vinisus Juniorla müqavilə uzadıldı - RƏSMİ

10:30

Region Liqasının debütantı milli üzvü ilə gücləndi

10:09

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:48

"İmişli" 2-ci Liqanın debütantı ilə qarşılaşır

09:25

"Sabahın Ulduzları": 3 oyunda 21 qol vuruldu

09:00

UEFA reytinqi: Azərbaycan neçəncidir?

01:43

KL: "Tvente" darmadağına sevindi

01:18

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

01:01

Murad Məmmədov Avstriya nəhənginə qarşı oynadı, komandası...

06 Avqust 2026
23:54

Qurban Qurbanov "Dinamo"ya məğlubiyyətdən sonra belə danışdı

23:24

Komandası heç-heçəyə razılaşdı, Mahir isə...

23:09

Azərbaycan millisi Göygöldəki təlim-məşq toplanışını başa vurdu

22:56

KL: "Dinamo" "Qarabağ"ı minimal fərqlə üstələdi

22:19

“Atletiko” Romeronu transfer etmək istəyir

21:34

"Kəpəz" Gəncədə "Karvan-Yevlax"ı məğlub etdi

21:18

"Fənərbağça"nı məyus edən xəbər gəldi - Bu futbolçu 6-8 həftə oynamayacaq

20:56

“Real Madrid”in alternativ planı

20:01

Slavik Alxasovun yeni klubu bilindi

19:47

Cənubi Koreya Futbol Assosiasiyasında polis əməliyyatı

19:08

Yan Diomande "Real Madrid"də - RƏSMİ

18:34

AFFA "Şamaxı" və "Qəbələ" akademiyalarında maarifləndirici təlim keçib

18:08

AFFA Premyer Liqa klubları ilə maliyyə məsələlərini müzakirə edib

17:42

Komandaya istirahət verən Tsxadadze daha 2 legionerin yolunu gözləyir

17:24

"Trabzonspor" Salahın transferini və keçidin maliyyə detallarını açıqladı

17:06

Turan Manafovun aqibəti necə olacaq? - SON DURUM

16:48

"Qarabağ"ı Kiyev "Dinamo"su ilə səfər matçında yüzlərlə azərbaycanlı dəstəkləyəcək

16:29

"Sabah" - "Orhus" oyununa neçə bilet satıldığı bilindi

16:11

"Sabahın Ulduzları" - Bir qucaq ümid

15:53

Dambrauskas heyətə 1 gün istirahət verdi

Facebookdan bizi izləməyi unutmayın.
X