
Ötən mövsümü "Cəbrayıl"da keçirən mərkəz müdafiəçisi Zaman Zamanlının yeni iş yeri bəlli olub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, arxa xətt oyunçusu karyerasını 1-ci Liqada davam etdirəcək.
21 yaşlı oyunçu "Zaqatala"nın düşərgəsindədir. Onunla 1 mövsümlük müqavilə bağlanacağı gözlənilir.
Xatırladaq ki, Pro kateqoriyalı mütəxəssis Rüstəm Məmmədov bu yay "Zaqatala" ilə vidalaşıb. Onu Rakif Əliyev əvəzləyib. Sözügedən bölgə təmsilçisi qarşıdakı mövsümün hazırlıqlarına avqustta başlayıb.
Toğrul