
Yaponiyalı üzgüçü Şin Ohaşi Yaponiyanın Naqoya şəhərində keçirilən Asiya Oyunlarında 200 metr məsafəyə brass üsulu ilə üzmədə 2 dəqiqə 4,83 saniyə nəticə ilə yeni dünya rekorduna imza atıb.
Fanat.Az "The Japan Thimes" portalına istinadən xəbər verir ki, 17 yaşlı idmançı çinli Çin Hayyanın 2023-cü ildə su idmanı növləri üzrə dünya çempionatında müəyyənləşdirdiyi nəticəni (2 dəqiqə 5,48 saniyə) geridə qoyub.
Ohaşi daha öncə Asiya Oyunlarında 100 metr məsafəyə brass üsulu ilə üzmədə qızıl medal qazanıb. O, həmçinin estafet yarışlarında gənclər arasında ikiqat dünya çempionudur.
Toğrul