
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Rakuv" klubu məşqçilər korpusunu türkiyəli mütəxəssislə gücləndirib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Serdal Güvenç "Rakuv"un məşqçilər korpusuna qoşulub.
O, komandada baş məşqçi Tomaş Kaçmarekin köməkçisi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, Serdal futbolçu karyerası ərzində Belçika, Niderland və Türkiyədə müxtəlif klublarda çıxış edib, daha sonra məşqçiliyə keçərək "NAC Breda"da fəaliyyətini davam etdirib.