
"Qarabağ"la birlikdə Çempionlar Liqası səhnəsindən Polşanın "təvazökar" klubuna üz tutan Mateuş Koxalskinin karyera seçimi ölkəsində səngimək bilməyən narazılıq dalğası yaradıb.
Fanat.Az xəbər verir ki, Polşa millisinin və "Liverpul"un sabiq qapıçısı Yersi Dudek "Polsat Sport"a verdiyi müsahibədə gənc qolkiperin bu addımını və üstəlik milli komandaya dəvət olunmasını sərt şəkildə tənqid edib.
"Avropanın ən yaxşı klublarından birinə keçmək üçün mübarizə aparmalı olan futbolçu rahat yolu seçdi. Ekstraklasanın autsayderlərindən birinə transfer oldu və bunun müqabilində Polşa millisinə dəvət aldı. Bu, absurd və ədalətsizdir."
Əfsanəvi qapıçının səsləndirdiyi bu sərt tənqidlər Koxalskinin üzərinə düşən təzyiqləri qat-qat artıracaq gücdədir.
Kamil Xudiyev