
"Sumqayıt”ın yeni baş məşqçisi Ayxan Abbasovun köməkçiləri müəyyənləşib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Elnur Çodarov və U-19 komandamızın baş məşqçisi Mehman Yunusova həvalə edilib.
Qeyd edək ki, qapıçılar üzrə məşqçi Emil Babayev, fiziki hazırlıq üzrə məşqçi funksiyasını isə Sergey Yankovyi yerinə yetirəcək.
Fanat.Az