"Sumqayıt" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv I divizion təmsilçisi "Şüvəlan"la üz-üzə gəlib. "Dalğa Arena"nın köməkçi meydançasında baş tutan qarşılaşma "Sumqayıt"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Gənclik şəhəri" təmsilçisinin qollarına 52, 68, 82 və 89-cu dəqiqələrdə müvafiq olaraq Murad Xaçayev, Ülvi İsgəndərov, Ehtiram Şahverdiyev və Rüfət Abdullazadə imza atıb.
Qeyd edək ki, "Sumqayıt" yanvarın 13-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. Komanda qonşu ölkədə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. "Gənclik şəhəri" təmsilçisi qardaş ölkədə Qazaxıstanın "Jetısu" (15 yanvar), Bosniya və Herseqovinanın "Çelik" (19 yanvar), Makedoniyanın "Vardar" (22 yanvar) və Serbiyanın "Zemun" (26 yanvar) klubları ilə qarşılaşacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol