18:18 15.01.2019 2454

Kamran Quliyev istefa verəcək, yoxsa qovulacaq?

Ölkənin aparıcı azarkeş qrupu "Forza Neftçi"nin lideri Sübhan Əliyevin müsahibəsindən sonra hamıya gün kimi aydın oldu ki, fanatlar məhz "Neftçi"nin prezidenti Kamran Quliyevə görə tribunalara gəlmir! Fevralın 3-də "Qarabağ"la baş tutacaq görüşdə də "Forza Neftçi" tribunada olmasa və hansısa möcüzə yaşanmasa, "ağ-qaralar" çempionluq yolunda əsas rəqibindən məğlubiyyət alacaq. Çünki mövsümün birinci yarısında qazanılan istisnasız bütün uğurlarda azarkeşlərin payı əvəzedilməzdi!

 

Kamran Quliyev isə elə fikirləşir ki, bu nəticələri komandaya gətirdiyi "dahi legionerlər" qazanır. Vaxtilə "Sumqayıt"da işlədiyi dövrdə mediadan müxtəlif ləqəblər alan "xarizmatik" prezident azarkeşləri küsdürəndən sonra "Neftçi"nin əsl gücü bilindi.

 

O, büdcəsinə görə bəlkə də 10 dəfə özündən zəif olan keçmiş klubuna biabırçı şəkildə uduzub, kubokla vidalaşan "flaqman"ı da artıq acınacaqlı vəziyyətə salıb. Kubokdan erkən kənarlaşdırılan komandanın çempionatdakı durumu sizi aldatmasın. Bu gedişlə zirvədəki yerin ömrünə günlər qalır.

 

Klubun sıravi işçilərindən sponsorlarına, futbolçulardan azarkeşlərə, media təmsilçilərindən futbol təsərrüfatının rəhbərlərinə hamı Kamran Quliyevdən dad aman edir. Görünən budu ki, ən köklü futbol komandamızdakı ab-havanı tam korlayan Kamran müəllimə son "yağlı tikə" Türkiyədəki təlim-məşq toplanışıdı; Allah bilir, illərdi "Gənclik şəhəri"nin komandasını apardığı Manavqatdakı oteldən və qış fasiləsindəki transferlərdən nə qazandı qazandı. Ardınca "Qarabağ"la oyun və ..."əlvida "Neftçi".

 

Öncədən yazdığımız kimi, mart və ya may deyil fevral, dəqiq desək gələn ayın 3-ü Kamran Quliyevin futbolla vidalaşacağı gün ola bilər.

 

Təbii ki, özü istefa verməyəcək. İstefaversə elə indi verər. Hələlik, azarkeş üzünə həsrət qoyduğu "xalq komandası"nın minlərlə tərəfdarının istəyini qulaqardına vurub kreslosundan ikiəlli yapışıb. Amma sumqayıtlılara, rəhbərlik etdiyi kluba, "Neftçi"nin əvvəlki prezidenti olmuş dostu Orxan Hüseynzadəyə xəyanət edən birindən asan-asan istefa verəcəyini gözləmək sadəlövhlük olar. Eybi yox, görünən dağa bələdçi lazım deyil. Bir ay tez, bir ay gec - qovulma anı uzaqda deyil. Artıq hamının səbri tükənib. Onu "Neftçi"də əvəzləyəcək namizədlər də bilinir. "Forza Neftçi" başqanı Sübhan Əliyev klubun sadiq tərəfdarlarının "Neftçi" tarixinin unudulmaz prezidentlərindən mərhum Rasim Rəfiyevin oğlu Riad Rəfiyevin atasının yolunu davam etməsinin əleyhinə olmadığını bildirib. Bütün bunlardan sonra özünə hörmət edən kim olsa, istefa mədəniyyəti göstərib başqa iş axtarar. Amma "Neftçi"yə gəldiyi bir il olmasa da, saysız hesabsız bağışlanılmaz səhvlər buraxan Quliyev fərqli yol tutub: gah gülməli sponsorluq anlaşmalarını reklam edərək camaatın fikrini yayındırmaqla "iş görürəm" görüntüsü yaratmağa çalışır, gah zənglərinə cavab verməyən futbol rəhbərlərinə yalvarır, gah da vəzifəcə özündən kiçik adamlara yarınmaqla özünə dayaq axtarır.


Küsdürdüyü illərin azarkeşlərinə də yalvar-yaxar, tribunaya geri qayıtmaq üçün elçilər göndərmək də öz yerində. Bu adamın istefa mədəniyyəti olsa, evdə 3:1 məğlub edilən "Uypeşt"ə səfərdə 0:4 hesablı rəzalətdən sonra sözünü demişdi.

 

Quliyev əsasən azarkeşlərin fantastik dəstəyi, bəzən də hakimlərlə yaxın münasibətlərinin hesabına bir-iki qələbə qazanandan sonra özünü azarkeşlərdən də, ona daim dəstək verən rəhbərlərdən də üstün gördü. Bunun nəticəsi isə özünü çox gözlətməyəcək. Futboldan tam uzaqlaşdırılmaqla yaxasını qurtara bilsə böyük şeydi, gedib sakitcə biznesləri ilə məşğul olar. Məsələn, əvvəllər yazdığımız forma biznesi ilə.

 

Sonda gündə 5 dəfə namaz qılan Kamran müəllimdən soruşmaq istəyirik ki, klubun büdcəsini mənimsəmək, futbolçulardan "otkat" almaq, hakim və rəqib futbolçularla əvvəldən razılığa gəlmək, başqalarının haqqını yemək haramdı?

 

Cavabı tezliklə yuxarılar verəcək!

 

Mənbə: matc.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

Facebookdan bizi izləməyi unutmayın.
X