"Ardıcıl 2 oyun xal itirən "Neftçi”nin aqressiv start götürəcəyini bilirdik. Rəqib layiqli qələbə qazandı. Müdafiəmiz ilk 15 dəqiqədə zəif oynadı".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Premyer Liqanın XIX turunda səfərdə "Neftçi”yə 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.
49 yaşlı mütəxəssis komandasının çıxışından razı qalmadığını bildirib: "Neftçi” bizdən üstün oynayırdı. Komandamın ilk hissədəki oyunundan razı qalmadım. "Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm”.
Baş məşqçi yeni transfer Təmkin Xəlilzadəni erkən əvəzləməsinin səbəbini belə izah edib: "Təmkinin temperaturu var idi. Oyuna 38 dərəcə qızdırma ilə çıxmışdı. Əvəzləməyim bununla bağlı idi".
Əhmədov Cavid İmamverdiyevin ehtiyatda qalmasının səbəbini də açıqlayıb: "Cavid zədədən əziyyət çəkirdi. İki gündü komanda ilə birgə məşq edirdi. Ona görə bu gün risk etmək istəmədik".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol