"Çətin qələbə qazandıq. Meydanda əsl xarakter nümayiş etdirdik və sübut etdik ki, bu komandanın böyük bacarığı var".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçusu Filip İvanoviç Topaz Premyer Liqasının 23-cü turunda evdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Komandasının bərabərlik qoluna imza atan serbiyalı müdafiəçi qələbəni klub rəhbərliyi və məşqçilər heyətinə həsr etdiklərini bildirib: "Bu qələbənin onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilirik. Həmçinin, bizi daim dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm. Komandada ilk qolumu vurduğuma görə şadam. Sevinirəm ki, bu qol bizim çətin qələbəmizə töhfə verdi. Ancaq bu matç artıq geridə qaldı. İndi diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik”.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol