"Sabah"ın üzvlərinin bu il 7-ci dəfə təşkil olunacaq "Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsində iştirak edəcəyi barədə məlumat vermişdik.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, artıq paytaxt təmsilçisinin layihədə kimlərlə təmsil olunacağı bəlli olub. Belə ki, "Sabah” Madriddəki yarışda U-12 komandasının futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və baş məşqçisi Samir Əbdürəhmanovla təmsil olunacaq.
Bundan əlavə, ölkəmizdən bu yarışa futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da qatılacaq.
Qeyd edək ki, "Dostluq üçün futbol” layihəsinin Azərbaycan qrupunun rəhbəri Rüstəm Əzimovdur.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol