"Oyuna ciddi hazırlaşmışdıq. Buna qədər 3 matçda "Neftçi"dən xal götürməmişdik. Bu görüşdə ilk yarıda pis təsir bağışlamadıq".
Fanat.Az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının XXV turu çərçivəsində evə "Neftçi"yə 0:2 hesabı ilə uduzan "Sabah"ın baş məşqçisi Elşad Əhmədov deyib.
Baş məşqçi Novruz Məmmədova göstərilən qırmızı vərəqə ilə bağlı fikir bildirməyib: "Bu barədə fikir söyləyə bilmərəm, çünki görməmişəm. Ancaq "Neftçi”ylə azlıqda oynamaq çox çətindi".
Əhmədov buraxılan ilk qolda qapıçı Saşa Stamenkoviçin səhvə yol verməsinə də toxunub: "Bəli, qolda səhvi vardı, zərbəni dəf etmək olardı. Ancaq alınmadı. O, komandamız üçün lazımlı oyunçudu. Səhv hamımızındı. Bu yerlərə gəlməyimizdə həm Saşanın, həm də Marko Deviç kimi futbolçuların əməyi böyük olub. Mövsümün əvvəlində qarşımıza elitada qalmaq tapşırığı qoyulmuşdu. İndi mövsüm bitər, rəhbərlik qiymət verər".
Mütəxəssis Təmkin Xəlilzadənin komandadan qovulmasının səbəbləri ilə bağlı suala belə cavab verib: "Bu, klubdaxili məsələdi. Əvvəlcə, pul cəzası tətbiq olunur, daha sonra daha ağır cəza. Bilirsiz, cəza zamanında verilir. Dayanıb, gözləyib, cəzanı bir müddət sonra vermirlər".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol