09:00 04.12.2020 1266

"Laçını görmək arzusu ilə alışırıq" - Adil Şükürov

"Döyüşlər başlayanda hamı maraqla gözləyirdi ki, bu işin sonu necə olacaq. Çünki Qarabağ münaqişəsi həm millətimizin, həm dövlətimizin yaralı yeri idi. Hər tədbirdə, yığıncaqda deyirdik ki, kaş bu tədbir Qarabağda olardı. Allaha şükürlər olsun ki, bu gün artıq istəyimiz reallaşdı, Ali Baş Komandan və rəşadətli ordumuzun gücü ilə həyata keçdi". 

Bu sözləri Fanat.Az-a açıqlamasında futbol mütəxəssisi Adil Şükürov deyib. 

Əslən Laçından olan Şükürov doğma rayonu ilə bağlı xatirələrini bizimlə paylaşıb: "Biz Bakıda yaşamışıq. Ancaq yay tətillərində kəndimizə gedərdik. Sonuncu dəfə kəndimizi 1988-ci ildə görmüşəm. O vaxtdan sonra mən istər yay olsun, istər qış olsun, ailəm ilə Azərbaycan daxilində heç bir yerə gedib dincəlməmişəm. Mənim rayonum, kəndim ola-ola, kəndimizdə öz şəraitimiz ola-ola, gedib başqa rayonda dincəlmək həqiqətən adama ağır gəlir. Bilirsiz necə, insana isti gəlmir, özününkü deyil, sənin deyil. 

Mənim əmilərim I Qarabağ müharibəsində iştirak ediblər, şəhid olanı var, qazi olanı var. Biz ailəliklə qərara gəlmişik ki, dövlət tərəfindən razılıq verildikdən sonra doğma rayonumuza gedək. Bilirik ki, orada hər şey dağılıb, əvvəlki baba yurdumuz yerində yoxdur, ancaq yenə də bütün ailələr yığılıb gedib kəndimizi bir günlük də olsa görmək, havasını udmaq, bulağından su içmək istəyirik. Bizim oralarda Daşbulaq var, o bulağın suyu tam fərqlidir, tamam başqa bir daddır. Kəndimizi görməyi çox arzulayırıq. Sadəcə quru divarlar da olsa, quru torpaq da olsa, bu dəqiqə onu görmək arzusu ilə alışırıq. İnşallah icazəsini ala bilsək, yanvar ayının 15-16-da getməyi planlaşdırırıq. 

"Laçında yaşayış bərpa edildikdən sonra gedib orada yaşamaq, orada futbolu inkişaf etdirmək istərdinizmi" sualına isə Şükürov belə cavab verdi: "Şəhərdə böyüyüb, burada təhsil alıb, işimizi burada qurmuşuq. Ancaq qeyd etdiyim kimi, 1988-ci ildən bu yana dincəlməmişəm. İnşallah, yüzdə-yüz oradakı baba yurdumuzu bərpa edib, özümüzə ev tikəcəyik. Başqa cür ola bilməz.

Futbola gəlincə, bəzi regionlar var ki, orada futbol yox, fərdi idman növləri daha yaxşı inkişaf edib. Bizim region dağlıq ərazidir. Məsələn, Laçın Ağdamdan fərqlənir. Ağdam düzənlik yer olduğuna görə futbol fantaziyası fərqli olub. Bizim ərazidə, yəni Laçında, Kəlbəcərdə  güc idman növləri daha çox inkişaf edib. Azərbaycanın bir çox idmançıları var ki, dağlıq rayonlardandır. Dağıstandan misal çəkim, diqqət yetirsək görərik ki, əsasən dağlıq rayonlardan Olimpiya, dünya çempionu olan idmançılar çıxıb. Təbii ki, biz də öz ixtisasımız üzrə AFFA-nın dəstəyi ilə  orada nəsə etməyə çalışacağıq. Əgər bu rayondan mən, Üzeyir müəllim, Novruz müəllim çıxmışıqsa, demək ki, futbolu orada inkişaf elətdirmək üçün şansımız var. 

Röya Kərimli
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

Facebookdan bizi izləməyi unutmayın.
X