12:04 27.12.2020 855

"Mənim işim meydanda futbol oynamaqdır..." - “Neftçi”nin kapitanı

"Neftçi” klubunun kapitanı Emin Mahmudovun müsahibəsi:

- Emin, artıq Premyer Liqada qış fasiləsidir. Geridə qalan 13 turda komandanın çıxışını necə dəyərləndirirsən?
- Pis olmadı. Əlbəttə, daha çox xal yığmaq istəyirdik, lakin çətin startdan sonra özümüzü toparladıq və yaxşı nəticələr qazandıq.

- Son olaraq "Keşlə” üzərində də çətin qələbə qazandız. Oyun haqda fikirlərin necədir?
- İlk hissədə hər şey çox da istədiyimiz kimi alınmadı. İkinci hissədə çoxlu qol imkanları yaratdıq və qələbə qazandıq. Daha çox qol vura bilərdik, lakin əsas olan qələbədir.

- Mövsümə qələbə ilə başlasaz da, sonrakı turlarda uğursuzluq yaşadız. "Qarabağ”a 0:6 hesablı məğlubiyyət də komandada baş məşqçi dəyişikliyinə gətirib çıxardı. Həmin vaxtda komandanın çalışdırıcısı Füzuli Məmmədovun "Neftçi”sində çatışmayan nə idi?
- Füzuli müəllimdə nə çatmadı deyə bilmərəm. Bilmirəm, niyə alınmadı. Bəzi oyunlarda yaxşı oynasaq da, qələbə qazana bilmirdik. Yenə də, əsas olan nəticə idi. Füzuli müəllimə bizimlə çalışdığına görə təşəkkür edir, ona uğurlar arzu edirəm.

- Füzuli Məmmədov oyunlardan sonra təşkil olunan mətbuat konfrsanlarında futbolçularda istək olmadığını, onları oyunlara kökləməkdə çətinlik çəkdiyini qeyd edirdi. Komanda daxilində nə baş verirdi?
- Deyə bilmərəm ki, bizdə istək yox idi. Sadəcə, oyunumuz alınmırdı.

- Bəs Samir Abasovun gəlişindən sonra nə dəyişdi ki, komanda dörd oyunda üç qələbə qazandı?
- Əvvəlcə taktika dəyişdi və nəticələr gəlməyə başladı. Hazırda biz qələbələrimizi sıralayırıq və əsas olan da budur.

- Emin, bu mövsüm Premyer Liqada 9 oyuna 4 məhsuldar ötürmə vermisən. Öz oyununu necə qiymətləndirirsən?
- Dayaq yarımmüdafiəçisi üçün pis nəticə deyil. Füzuli müəllimin vaxtında daha çox arxada oynayırdım. Mənim işim top saxlamaq, arxada qalmaq və komandanı əks-hücuma çıxarmaq idi. Samir müəllimin gəlişindən sonra daha çox irəli çıxıram. İnşallah, bunun nəticəsində daha çox qol vurub, məhsuldar ötürmə edəcəm.

- Yaxşı formada olsan da, bəzən milliyə çağırılmır, çağırılsan da, heyətdən kənarda qalırsan. Səncə, səbəb nədir?
- Bu haqda heç nə deyə bilmərəm.

 - Özünə də maraqlı gəlmirmi ki, yığmaya oynamayan futbolçular dəvət alır, ancaq sən yox?
- Mənim işim meydanda futbol oynamaqdır və məşqçilərin işinə qarışmaq istəmirəm. Hər məşqçinin öz fikri, öz taktikası var və buna uyğun da futbolçular seçir.

- Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki şansını necə dəyərləndirirsən?
- Çətin qrupa düşmüşük. Çünki rəqiblər bizdən yaxşıdır. Düşünürəm ki, biz də əlimizdən gələnin maksimumunu edəcəyik.

- Uzun müddətdir "Neftçi” ilə Premyer Liqada çıxış edirsən. Gəldiyin gündən bu vaxta Azərbaycan futbolunda nələr dəyişib?
- Çox dəyişiklik olmayıb. Bircə ot örtüyü yaxşılaşıb. Mən təzə gələndə süni ot örtüklü meydançalar çox idi.

- Bəs Azərbaycan Premyer Liqasının səviyyəsi necə?
- Elə də ciddi fərq olduğunu düşünmürəm. Aşağı-yuxarı eyni səviyyədir.

- "Neftçi” ilə bu mövsümdə hədəflərin nədir?
- Əsas məqsədimiz növbəti oyunlarda qələbə qazanmaqdır. May ayında baxarıq, görək nə qazandıq, nə bacardıq. 
 
Mənbə: Komanda.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

Facebookdan bizi izləməyi unutmayın.
X