"Qarabağ"ın haitili legioneri Donald Gerye ölkəsində öz vəsaiti hesabına təşkil etdiyi konsertə qatılıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı müdafiəçi konsert zamanı Fil Dişi Sahili əsilli fransalı məşhur repçi Saçtela Evrar Cece ilə eyni səhnəni bölüşüb.
Gerye "Vegedream" ləqəbi ilə tanınan musiqiçinin 2018-ci ildə dünya çempionu olan Fransa millisi üçün yazdığı "Ramenez la coupe à la maison" ("Kuboku evə gətir") adlı mahnını onunla birlikdə ifa edib.
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.