12:21 10.02.2021 891

"Neftçi"nin yeni transferi: "İnanıram ki, çempion olacağıq"

"Bu klubda oynayacağım üçün çox xoşbəxtəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. İnanıram ki, xeyirlisi olacaq və mövsümün sonunda çempionluq əldə edəcəyik".

Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin Bolqarıstan MOİK-indən icarəyə götürdüyü futbolçu Əhməd Əhmədov klubun televiziyasına açıqlamasında deyib. 26 yaşlı türk əsilli hücumçu yeni komandası barədə yüksək fikirdə olduğunu bildirib: "Neftçi" böyük klubdur. Bu komandada daha yüksək nailiyyətlər qazanacağımıza ümidvaram".

Hücumçu "Neftçi"yə keçidinin çox qısa müddətdə gerçəkləşdiyini də diqqətə çatdırıb: "Fevralın 9-da MOİK rəsmiləri ilə bir araya gəldik. Hər şey qısa müddətdə həll olundu. Klublar öz aralarında anlaşdıqlarından, mənim üçün də razılıq vermək çətin olmadı. Transferimə MOİK-in prezidenti razılıq verdi. "Neftçi"nin prezidenti ilə də danışdıq və məsələ qısa müddətdə həllini tapdı. Başqa klubların mənimlə maraqlanıb-maraqlanmadıqları önəmli deyil. Əsas məsələ odur ki, artıq "Neftçi"dəyəm".

Əhmədov daha çox hücumda və bəzən hücumçuların arxasında çıxış etdiyini diqqətə çatdırıb. O, mərkəz hücumçusu kimi özünü daha yaxşı hiss etdiyini vurğulayıb. Yeni transfer hələ forma nömrəsi seçmədiyini də əlavə edib. O, kapitan Emin Mahmudova məxsus 8, hazırda boşda olan 9 və 23 nömrəli formalarda çıxış etməyi çox sevdiyini bildirib.

Hazırda Bolqarıstanda olan Əhmədov Bakıya gələn həftə gələcəyini deyib: "Bu, sənədləşmə işlərinin tamamlanacağı vaxtdan asılıdır. Ən qısa zamanda yeni komandama qoşulacağam".

Əhmədov "Neftçi"nin fevralın 13-də lider "Qarabağ"la Azərbaycan Premyer Liqasının 15-ci tur matçını buraxacaq. Bununla belə, Əhmədov yeni klubunda çempionluğu hədəflədiyini vurğulayıb: "Çox danışmağı sevmirəm. İnanıram ki, klubum səfər oyunundan qalib ayrılacaq və mövsümün sonunda qızıl medal qazanacağıq. Uğurlu olmağa çalışacağam".

Samir Abasov kimi tələbkar baş məşqçi ilə çalışmağı özü üçün qürur sayan Əhmədov birgə uğur qazanacaqlarına əminlik ifadə edib. Sonda o, "Neftçi" azarkeşlərinə sağlamlıq arzulayıb. (Qol.az)
 
Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X