20:23 13.02.2021 1252

"Neftçi" Qarabağ"ı yenib lider oldu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib.
 
Fanat.Az xəbər verir ki, günün ilk matçında "Sumqayıt" və "Səbail" komandaları üz-üzə gəlib.

"Kapital Bank Arena"da keçirilmiş görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. "Səbail" oyunu 9 nəfərlə başa vurub. 90+5-ci dəqiqədə Kamran Ağayev kobud oyuna görə qırmızı vərəqə alıb. Bu vaxt qonaqlar hər 3 oyunçu dəyişikliyindən istifadə etdiyi üçün üçün qapıya müdafiəçi Adil Nağıyev keçib.

Bu qələbə sayəsində "Sumqayıt" xalını 22-yə çatdırsa da, 4-cü pillədə qalıb. "Səbail" isə 13 xalla 6-cıdır.
 

Günün digər qarşılaşmasında Azərbaycan derbisi baş tutub. "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi" ilə qarşılaşıb. Matç qonaqların 2:1 hesablı qələbısi ilə başa çatıb.

Görüş "ağ-qaralar" üçün yaxşı başlamayıb. 22-ci dəqiqədə sağ cinah müdafiəçisi Ömər Buludov rəqib komandanın kapitanı Maksim Medvedevə qarşı kobud oynayaraq meydandan qovulub. Amma flaqman azlıqda qalmasına baxmayaraq, 6 dəqiqə sonra Namik Ələskərovun qolu ilə hesabı açıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya fəal başlayan "Qarabağ" 58-ci dəqiqədə tarazlığı bərpa edib. Cərimə meydançasındakı qarışıqlıqdan istifadə edən Mahir Emreli fərqlənib.

72-ci dəqiqədə "Qarabağ"ın cərimə meydançasında "köhlən atlar"ın müdafiəçii Kevin Medina ilə qonaq komandanın yarımmüdafiəçisi Mamadu Kane arasında dava düşüb. Rəqibini vuran Medina birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Ardınca isə Kane ikinci sarı vərəqəni görərək, komandasını azlıqda qoyub. 75-ci dəqiqədə təyin olunmuş penaltini dəqiq yerinə yetirən Namik Ələskərov komandasına vacib qələbə qazandırıb. Matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə "ağ-qaralar" meydan 8 nəfərlə qalıb. Voislav Stankoviç ikinci sarı vərəqəni görərək meydanı tərk edib.

Bu nəticədən sonra xallarını 30-a çatdıran "Neftçi" liderliyə yüksəlib. "Qarabağ" isə 29 xalla 2-ci sırada qalıb.
 
Qeyd edək ki, XV turun digər iki oyunu fevralın 14-də olacaq. "Qəbələ" "Keşlə"ni, "Zirə" "Sabah"ı qəbul edəcək.

Premyer Liqa
2020/21 mövsümü
III dövrə, XV tur
 
3 fevral
Sumqayıt - Səbail 3:0
Qollar: Murad Xaçayev, 26. Tellur Mütəllimov, 33. Əli Qurbani, 83.
Qırmızı vərəqə: Peyman Keşavarzi, 55, Kamran Ağayev, 90+5.
Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 78. Dmitro Nağıyev, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 22. Cavid İmamverdiyev, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 65. Sənan Ağayev, 37. Nicat Əliyev.
Baş məşqçi: Ayxan Abbasov.
Səbail: 1. Kamran Ağayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 96. Nikolas Hagen, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 28. Məqsəd İsayev, 29. Amil Yunanov, 9. Florian Kadriu, 4. Ali Sisey, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov.
Baş məşqçi: Aftandil Hacıyev.
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"Kapital Bank Arena".

18.30 Qarabağ - Neftçi 1:2
Qollar: Mahir Emreli, 58 - Namiq Ələsgərov, 28; 75 pen.
Qırmızı vərəqə: Ömər Buludov, 22 (Neftçi), Kevin Medina, 72 (Qarabağ), Mamadu Kane, 74-ikinci sarı vərəqə (Neftçi), Voyislav Stankoviç, 90+2
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 7. Kvabena Ovusu, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 9. Xayme Romero, 8. Uroş Matiç, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 91. Tallison Diaz, 29. Sabir Buqrin, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 10. Saman Nərimancahan, 17. Bruno Teluşi, 24. Yusuf Laval, 20. Mert Çelik, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 72. Emin Zamanov
Baş məşqçi: Samir Abasov
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kərim Ağayev.
Tofiq Bəhramov adına Respublika Stadionu.

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

15

9

5

1

39:12

30

2

Qarabağ

15

8

3

4

19:17

29

3

Zirə

14

6

5

3

18:14

23

4

Sumqayıt

15

6

4

5

20:20

22

5

Qəbələ

14

3

6

5

13:22

15

6

Səbail

15

3

4

8

15:26

13

7

Keşlə

14

3

4

7

13:21

13

8

Sabah

14

4

1

9

14:19

13

Bombardirlər

Mahir Emreli (Qarabağ) - 11. Namiq Ələsgərov (Neftçi) - 10. Filip Ozobiç (Qarabağ) - 7. Əli Qurbani (Sumqayıt), Kvabena Ovusu (Qarabağ) - 6. Ağabala Ramazanov (Zirə), Davit Volkov (Zirə) - 5. Rauf Əliyev (Səbail), Donald Gerye (Qarabağ) - 4.


Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2026
02:33

PSJ-nin ulduzu üçün 130 milyon avro ödəyəcəklər?

01:58

Onun üçün "Barselona"dan 80 milyon istədilər

01:14

Elvin Cəfərquliyev susqunluğunu elə bir mesajla pozdu ki...

00:38

Valdas Dambrauskas "Sabah"dan ayrılır?

07 İyun 2026
23:54

"Qarabağ"ın braziliyalı müdafiəçisindən gözlənilməz Avropa Liqası bəyanatı

22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Joze Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

Facebookdan bizi izləməyi unutmayın.
X