09:01 03.07.2021 1543

Uşaq futbolunun yol xəritəsi necə olmalıdır? - Nail Kərimovun şərhi

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)
 
Deyirlər "Təhsil uğurları parlaq gələcəyin təminatıdır". Parlaq futbolun, uğurlu futbolçu olmağın yolu isə uşaq futbolundan keçir. 
 
Azərbaycan futbolunun "axsama"sından, milli komandalarımızın uğursuzluqlarından, futbolçularımızın ölkə xaricinə çıxa bilməməsindən danışanda mütəxəsislər bunu uşaq futbolunun zəif olması əlaqələrdirirlər. 
 
Əslinə baxanda uşaq futbol məktəblərimizin, komandalarımızın sayı kifayət qədərdir. Ancaq görünən budur ki, hardasa çatışmazlıqlar var. Bunlar nələrdir? Ümumiyyətlə, uşaq futbolunun yol xəritəsi necə olmalıdır? Gələcəkdə uğurlu futbolçu olmaq üçün uşaq futbol məktəbində necə yetişdirilməlidir?
 
Bütün bu suallarımızı ölkəmizin ən böyük futbol akademiyalarından biri olan "Qəbələ"nin meneceri Nail Kərimova ünvanladıq. Akademiya rəsmisi Fanat.Az-a açıqlamasında həm dünya praktikasında uşaq futbolu ilə bağlı aparılan siyasətindən bəhs etdi, həm də "Qəbələ" klubunun bu siyasətlə necə ayaqlaşdığından danışdı. 
 
 
"Məncə, heç bir halda "Bu yol düzdür" deyə bir şey yoxdur. Çünki dünya ölkələrinin hər biri fərqli yolları tutub. Ən yüksək səviyyəyə gələn futbolçuları və futbol məktəblərini görmüşük. Məsələn, Sadio Manenin Seneqalda, və ya Lionel Messinin "Barselona"da hansı şərtlər altında yetişdiyi haqda da çox oxumuşuk, dinləmişik. Belə məqamlar həddən artıq çox olduğuna görə, hər regionun, hər ölkənin, bəzən hər şəhərin, hər kəndin özünə görə şərtləri olur. Yekunda yaxşı səviyyədə futbolçu yetişibsə, demək ki, tutulan yol doğrudur. Ona görə də mən ən doğru nədir sizə deyə bilmərəm. Mən sizə bizim klub üçün illər ərzində formalaşan ideal akademiya sistemi nədirsə, o haqda danışa bilərəm. 
 
Əvvəlcə başlayaq infrastukturdan. "Qəbələ"də şəraitimiz hazırda yaxşı hesab oluna bilər. Bizim altı təbii, iki standart süni, biri qapalı, bir qum, iki kiçik süni və bir nisbətən yumşaq iqlim şəraitinə malik,  şəhərdən biraz cənub tərəfdə yerləşən meydançalarımız var. Bu, bizə kifayət edir. Daha əvvəl qurduğumuz yataqxana binası bizim illərlə topladığımız təcrübə əsasında qurulmuşdu. İstər yataq otaqlarımız, istər duş otaqlarımız, çamaşırxanamız, yeməkxanamız, oyun salonumuz, hər biri bizim istəklərə cavab verir. Yaxşı səviyyədə dərs otaqlarımız var.  Kiçik problemlər hər yerdə həmişə olur, bunlar anlaşılandır. Kimsə infrastuktura əlavələr, dəyişikliklər edə bilər, amma ümumilikdə sadaladığım məqamlar infrastuktur cəhətdən kifayət edəcək qədərdir. 
 
Birinci məqam təminat məsələsidir. İnventar təminat. Bura bildiyimiz standart toplar, geyimlər və s daxildir. Bunu da biz əvvəlki illərdə kifayət edəcək qaydada həyata keçirmişik. Standart təminatla yanaşı əyləncəli oyunların keçirilməsi üçün, müəyyən fiziki məşqlərin verilməsi üçün lazım olan inventarı əldə edirdik, sahib idik. Bu da məsələnin vacib tərəflərin biridir. 
 
Maddi texniki tərəfdən baxası olsaq, infrastukdurdan və inventar təminatdan başqa nəqliyyat məsələsi də çox vacib rol oynayır. Bəzi şəhərlər var ki, orda ictimai nəqliyyat yaxşı təşkil olunub, amma bəzi yerlərdə mütləq özümüz tərəfindən müəyyən addımlar atmalı idik ki, gücümüz çatan qədər yerinə yetirdik. Həm oyunlara gedib-gələn avtobuslar yaxşı səviyyədə olmalıdır, həm də yaxın bölgələri əhatə edən və daim futbolçuları aparıb gətirən nəqliyyata sahib olmalıyıq. 
 
Qəbələ rayonunun 3 qəsəbə və 62 kəndi var. Biz bu illər ərzində öz nəqliyyatımızla maksimum 20-25 kəndi əhatə edə bilmişik.  Halbuki hamısı olmuş olsaydı, daha yaxşı nəticə əldə etmək olardı. Mən buna nümunəni dünyanın müxtəlif yerlərində görmüşəm. Məsələn, ən yaxşı təchiz olunmuş Qətərin "Aspire", İspaniyanın "Barselona" akademiyasında yaxın şəhərlərdə yaşayan futbolçuları məşqlərə aparıb gətirirlər. 
 
Keçək kadr məsələlərinə. Bu gün futbolun özəyində təkcə məşqçilər yox, həm də personal böyük rol oynayır. Məsələn, səhv etmirəmsə "Çelsi"nin Çempionlar Liqasını qazanan heyətində 55 nəfər qızıl medal almışdı, onlardan 25-i futbolçu, 30-u isə personal idi. Bu, o deməkdir ki, bura komandanın menecerlərindən, inzibatçılarından, həkimi, fizioterapevti, qidalanma üzrə mütəxəssisi, müxtəlif sahələr üzrə individual məşqçiləri, videoanalizcisi və s. şəxslər daxildir. 
 
Azərbaycanda ən böyük çətinlik çəkdiyimiz məqamlardan biri də uşaq məşqçilərimizin sayının kifayət qədər olmamasıdır. Məncə, bu, ən böyük problemdir. Bəzən belə bir vurğu olur ki, məşqçilər heyəti zəifdir, ancaq bu gün futbol saədəc məşqçilərdən ibarət deyil. Mütləqdir ki, kənar kadrlar həmişə işin əsas yerlərində olsunlar. 
 
Məsələn, bizdə fiziki hazırlıq üzrə məşqçi fizioterapevt, ixtisaslı idman həkimləri və uşaq idman hakimləri, idman sahəsində işləyə biləcək psixoloqlar, qida mütəxəssislər azlıq təşkil edir. Bir neçə qida mütəxəssisinin olduğu haqda eşitmişəm, hətta bir neçə nəfərlə bu haqda söhbətlərim də olub, təəssüf ki, onların əksəriyyəti təhsillərini ölkə xaricində alıblar və bir növ fokusları təhsildən aldıqları bilgilərə yönəldiblər. Halbuki o bilgilər bizim öz mətbəximizə, öz ağız dadımıza uyğun olan istiqamətə və həmçinin bizim ölkəmizdə tapılan məhsullara yönləndirmək lazımdır. Məsələn, futbolçulara veriləcək menyulara baxırsan ki, avokado,  losos (qızıl balıq) yazıb. Mənə elə gəlir ki, bunların tərkibində olan maddələri Azərbaycanda yetişən meyvə, tərəvəz, ət və balıq məhsullarında da tapmaq mümkündür. Bizim xaricdə təhsil alan mütəxəssislərimiz bu məsələyə bir balaca yönəlsələr, çox yaxşı olar, effektini görərik. Əslində onların yönəlməyi də kifayət etmir, həm də klubların maddi gücü olmalıdır ki, belə mütəxəssisləri akademiya işinə dəvət etsin. 
 
 
Məşqçi məsələsini xüsusi vurğulamaq istəyərdim. Təəssüf ki, Azərbaycanda mütəxəssis azdır. Uşaq futbolunda xüsusilə azlıq təşkil edir. Ölkə xaricindən gətirmək mümkündür, amma daha yaxşı variant odur ki, azərbaycanlılar bu sahədə yaxşı təhsil alıb, özlərini inkişaf etdirib, bu prosesdə rol alsınlar. Futbolçuların fiziki hazırlığı çox vacib məsələdir. Amma bunu düzgün yolla etmək lazımdır. Fiziki məşqlər əslində kiçik yaşlardan, hardasa 10 yaşdan başlaya biləcək prosesdir. Dediyim kimi, bu işi yaxşı bilən mütəxəssis olmalıdır ki, üzərində dayana bilsin. Fiziki testlər götürmək üçün avadanlıqlara, testləri götürdükdən sonra onları incələyən və nəticəsini çıxardan mütəxəssislərə ehtiyac var. Ki, əksər ölkələrin müxtəlif universitetlərində professorlar bu işlə məşğul olurlar. Klubun işçisi olmağına ehtiyac yoxdur, yarımştat kimi və yaxud da hansısa xidməti müqavilə ilə də bu işi görmək mümkündür. Həmçinin də həmin fiziki testləri götürən avadanlıqlara ehtiyac var. Bu, klubun şəxsi avadanlığı da ola bilər,  icarəyə götürərək prosesi yerinə yetirmək də ola bilər. Həmin o avadanlıqların və professorların işindən sonra artıq fiziki məşqləri həmin o nəticələrə əsasən keçəcək məşqçilərə ehtiyac var. Bax, bu, ağır prosesdir. 
 
Tibbi personal olmazsa olmazdır.  Uşaq və böyük futbolunda çalışan, müasir dövrə uyğun araşdırma aparan, öz üzərində işləyən bir neçə həkim tanıyıram. Onlara daha yaxşı şərait olarsa, daha müasir kurslara gedib özlərini biraz daha inkişaf etdirə bilərlərsə, çox yaxşı olar, xeyri dəyər. Qətiyyən xarici ölkədən həkim gətirməyin tərəfdarı deyiləm. Çünki azərbaycanlının özünə xas xüsusiyyətləri var və onu ancaq azərbaycanlı bilir. Xaricilər böyük futbolda hansısa effekti verə bilirlər, amma uşaq futbolunda çox çətin olur. Ona görə də öz mütəxəssislərimizin işləməyi vacibdir. Tibbi personal ümumi personalın 30-40 %-ini təşkil edir. Heyət nə qədər geniş olsa, bir o qədər yaxşıdır. Məsələn, "Şerif"in akademiyasının yerləşdiyi Tiraspol şəhərində yaxşı klinika, yaxşı tibbi personal olmadığına görə klub öz daxilində klinika açıb və həmin klinikada ən müasir avadanlıqlar var. Həkimlər həm klubun futbolçularına təmənnasız xidmət göstərirlər, həm də şəhərdə klinika kimi fəaliyyət göstərərək müəyyən qazanc vəsaiti əldə edir. 
 
Digər vacib məsələlər biri də futbolçunun fərdi inkişafına yönələn işlərdir. Bizim akademiyamızda artıq uzun illərdir ki, tərbiyəçi müəllimlər və təhsil koordinatorları fəaliyyət göstərir. Onlar futbolçuların təhsili, gündəlik yaşayışı ilə maraqlanırlar. Çox istərdim ki, bu sahədə çalışan insanlar yaxşı psixoloq olsun, yaxşı təhsil almış şəxslər olsun. Təəssüf ki, bu gün o imkanlara malik deyilik. Amma futbolçularla bu cür şəxslərin işləməsi çox vacibdir. 
 
Keçək futbolçunun təhsilinə, intellekt səviyəsinə. Bu, Azərbaycandakı ən böyük problemlərdən biridir. İllərdir dəyişən nəsilləri hamımız görürük. Oyun səviyyəsinin aşağı və yuxarı olması hər bir fərdi futbolçuda müzakirə oluna bilər, amma azərbaycanlı futbolçular intellektul səviyyə cəhətdən əziyyət çəkirlər. Bizim klubun maddi sıxıntıları olmadan əvvəl düşünürdük ki, necə addımlar ataq ki, futbolçuların intellekt səviyyəsi yaxşılaşsın. Yeni kadrlarmı cəlb edək, orta məktəblərlə ortaq işmi görək  deyə planlar qururduk. Biz müəyyən işlər görürük, amma miqyası təbii ki, qane edə bilməz. Yəni, tam peşəkar yanaşma qısa müddətdə öz effektini verə bilər. Futbolçu nə olursa olsun mütləq yaxşı intelektə sahib olmalıdır. 
 
Yaxşı intellekt futbolçuya nə verir? Yaxşı intellekt insanı tərbiyə edir. Tərbiyə sayəsində insanda xarakter formalaşır. Xarakter sayəsində sən daha yaxşı məşq edirsən, oyunlara, məşqlərə daha ciddi yanaşırsan, ətrafında baş verən hadisələri daha yaxşı analiz edə bilirsən, çatacağın uğurlara doğru doğru yönlənə bilirsən və beləcə yekunda tam şəxsiyyət kimi formalaşa bilirsən. Əgər şəxsiyyət kimi formalaşmamısansa, nə qədər istedadlı olsan da arzuolunan yerlərə gəlib çıxmaq çətin olur. Bunu bir-iki dəfə yox, bəlkə də yüzlərlə azərbaycanlı futbolçu da görmüşük. Onların intellektual səviyyələri, xarakteri imkan verməyib ki, gözlənilən səviyyəyə gəlib çatsınlar. 
 
 
Kadr heyətindən danışıldıqda, seleksiya prosesini də qatmalıyıq. Seleksiya prosesi işin başlanğıcıdır. Yaxşı futbolçunu seçməyi bacarmalısan. Çox təəssüflə qeyd edirəm ki, Azərbaycanda yaxşı futbolçuya yönələn klublar və məşqçilər azlıq təşkil edir. Uşaq futbolunda məşqçilərin çoxunun qələbəyə köklənməsi və futbolçunu şəxsən o məşqçinin seçməsi, klubun seleksiya departamentinin olmaması, akademiyanın rəhbərlik edən şəxsin birbaşa bu məsələyə müdaxil olmaması  gətirib ona çıxarır ki, məşqçi daha çox həmin dövrdə nəticə verən uşağı seçir,  amma istedadı olan, gələcək vəd edən futbolçu kənarda qalır. Azərbaycanda istedadlı futbolçunun əsas xüsusiyyətləri odur ki, nisbətən cılızdır, yaxşı texnikası və zəkası var. Amma uşaq yaşlarında gücü az olduğuna görə, cılız olduğuna görə o komandanı qələbəyə apara bilmir, bu da məşqçiləri həmin uşaqlardan soyudur. Bax, bu, üzərində durulası məqamdır. Mütləqdir ki, bu məqama bütün klublar çox ciddi diqqət etsinlər və gələcəyi olan futbolçularla işləməyə yönəlsinlər. Təbii ki, yaxşı fizikası olan futbolçuları da kənarda qoymaq olmaz, onlara da yol açılmalıdır, amma bu iş ən azından paralel səviyyədə getməlidir. Bir neçə istedadlı və bir neçə fiziki cəhətdən gücü olan futbolçuları seçib ortaq komanda yaradıb işləmək olar. Amma birini kənara qoyursansa, nəticədə istedadı olmayanlar gəlib böyük futbola çıxır və heç bir şey edə bilmirlər. Beləcə həm də istedadlı oyunçular böyük ölçüdə kənarda qalmış olurlar. 
 
Bütün bu sadaladıqlarımla yanaşı futbola, kluba, və yaxud da federasiyaya aid olmayan, yəni onların əlində olmayan məqamlar var. Bu məqamlar əsasən ailələr və məktəblərdir, ki, bizim onlara müdaxilə etmək şansımız yoxdur. Uşaq ən yaxşı halda 6-7 yaşında gəlib klubun əlində düşür və o, artıq tərbiyəsinin böyük əksəriyyətini almış olur. Bax, belə məsələlərdə əksər ölkələrlə müqayisədə geri qalırıq. Tərbiyə məsələsi vacib rol oynayır. Misalçün, "X" bir ölkəni götürək. Ordakı uşaqların əksəriyyəti artıq 6-7 yaşında rahat üzməyi, rahat qaçmağı, idmanın ilkin addımlarını öyrənmiş olur. Amma bizdə uşaqların əksəriyyəti bu cəhətdən axsayır. Bunun da müxtəlif səbəblərı var: bəzilərri ailədən, bəziləri imkansızlıqdan, bəziləri bilməməkdən, bəziləri tənbəllikdən bu məqamları bir kənara qoyur. Və o uşaqlar kluba düşəndən sonra biz bu məqamların üzərində işləməli oluruq, bu da vaxt itkisinə səbəb olur. Və gələcəkdə hansısa ölkənin futbolçusuyla müqayisə edəndə baxırsan ki, bir neçə il geridən başlamaq özünü büruzə verir. 
 
Bizim planlarımızda olan, amma həyata keçirə bilmədiyimiz daha bir məsələ bir neçə kənddə mini meydançalar yaratmaq idi. Ki, həmin kəndə yaxın uşaqlar futbolla məşğul ola bilsinlər, ilk addımlarını orda ata bilsinlər. Biz də o kəndlərdən uşaqları toplaya bilək. Ancaq maddi məsələlər ucbatından bu planı təxirə salmalı olduq. Amma ən vacib məsələlərdən biridir. Biz ölkədə ilk seleksiya qrupunu yaradıb ölkəni əhatə edə bildik. Demək olar ki, ölkənin hər yerində ən istedadlı uşaqların tapılıb üzə çıxarılmasında, bizə yönəldilməsində bizim seleksionerlərimiz fəaliyyət göstərdi. İndi seleksiya prosesi xeyli dəyişib, saysız hesabsız yeniliklər, innovasiyalar var. Onları tədbiq etmək şərtdir, vacibdir. Amma maddi məsələlər bizə imkan vermədi ki, yaratdığımız seleksiya qrupunun işini daha da modernləşdirək, həmçinin də kəndlərdəki mərkəzi yaradaraq seleksiyanı həm ölkə miqyasında, həm də region miqyasında daha da genişləndirək. Ən azı Qəbələni əhatə edən şəhərlərə, Oğuz, İsmayıllı və s. o filialları yaratmaq olardı. 
 
 
Biz hər yaş qrupundan olan futbolçularımızı beynəlxaq turnirlərə aparıb gətirirdik. Bəlkə də hansısa Qərbi Avropa ölkəsinin futbolçusu üçün beynəlxalq yarışlar o qədər də vacib deyil, amma azərbaycanlı futbolçular üçün çox vacibdir. Həm dünya görüşlərini artırmaq üçün, fərqli mədəniyyətlərlə tanış olmaq üçün, həm də özlərini fərqli ölkədə daha güclü rəqiblərlərlə sınamaq imkanı qazanırlar, təcrübə toplayırlar. Bu məsələlər həqiqətən də vacibdir. Azərbaycan futbolunda mümkün qədər  beynəlxaq yarışlarda çox oynamaq, hətta mümküns, hər yaş qrupunu iki-üç beynəlxaq yarışda oynatmaq ancaq və ancaq xeyir verər. 
 
Bugünkü bütün müasir akademiyalarda videoanalizdən istifadə olunur, bir neçə kamera oyunu çəkir. Bunlar əsasən sabit kameralar olur. Operatora belə ehtiyac yoxdur. Oyunu çəkir və lazım olan bazaya göndərir. Ondan sonra videoanaliz üzərində mütəxəssislər işləyib, detalları üzəri çıxarıb məşqçi ilə paylaşırlar. Məşqçi isə futbolçuları ilə paylaşır. Bu, futbolçunun səhvlərini görməkdə daha yaxşı vasitədir. Sözlə deməkdənsə, göstərməyin effektiv olduğu artıq çox yerdə sınaqdan keçirilib və müsbət nəticə verib. 
 
GPS traking sistemindən də istifadə olunur. O da istədiyimiz, amma əldə edə bilmədiyimiz ləvazimatlardan biri oldu. Sistem futbolçuların məşqləri və oyunda istifadə etdikləri jiletlər vasitəsi ilə qeydiyyat aparır və futbolçunun oyun ərzindəki hərəkətindən, yüklənməsindən, fiziki potensialından xəbər verir. Artıq məşqçi verilənlər bazası ilə tanış olduqdan sonra onun üzərindən məşq prosesini qurur. İndiyə kimi bu iş göz ölçüsü ilə aparılıb, amma bu ölçü sistemi göstərir ki, göz ayarı o qədər də dəqiq deyil, bəzən məşqçini yanıldır. Ona görə də dəqiq rəqəmlər üzərində qurulan iş daha yaxşı effekt verir. 
 
Kollektiv daim özünü yeniləmək məcburiyyətindədir. UEFA-nın təşkil etdiyi kurslarda iştirak etmək, internetdə məlumat almaq, müxtəlif ölkələrin məşqçiləri ilə daim internet  üzərindən əlaqədə olmaq yaxşıdır.  Xarici ölkələrdə seminarlara getmək, digər ölkələrin bazalarına baş çəkmək, onlarla tanış olmaq, yenilikləri görmək və onları tədbiq etmək vacib rol oyanyır. Görmək və tədbiq etmək məsələsi bir balaca da aydınlıq tələb edir. Heç bir zaman xarici ölkədə gördüyün məqamı birə-bir gətirib kopyalamaq alınmır. Onu mütləq öz şəraitinə, öz imkanlarına uyunlaşdırmalısan. Biz bunu dəfələrlə eləmişik". 
 
Röya Kərimli
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

24 Aprel 2024
21:55

Azərbaycan Kuboku: Finalda "Zirə" və "Qarabaĝ" qarşılaşacaqlar 

19:35

"Holand sabahkı oyuna hazır deyil" - Pep Qvardiola

18:45

Ten Haq maaşının bu qədərini itirəcək - MY ÇL-ə vəsiqə qazanmasa

17:55

Belarus UEFA-nın razılığı olmadan AÇ-nin yayımlamasına icazə verdi

17:38

"Çelsi" hələ bu vəziyyətə düşməmişdi - Tarixi antirekord

17:19

Van Persi "Feyenoord"un təklifini geri çevirdi - Bu klubu çalışdıracaq

16:56

Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı

16:40

Hafiz Əliyev dünyasını dəyişdi

16:21

"Zəif legionerlərin axınının qarşısı alınar" - Kərimov Fanat.Az-ın təklifini dəstəklədi

16:03

"Fire League"-da növbəti tur başa çatdı

15:51

"Beş görüşdə beş qələbə..." - Trent Aleksander-Arnold

15:13

Fransanın elita klubu Zubiri istəyir

14:56

"Atletik"in kapitanı gedir - RƏSMİ

14:31

Rus futbolçunun İtaliyada 2 elçisi var

14:13

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu - MƏBLƏĞ

13:55

Quluzadə Belçikada medal qazandı

13:34

Karlos Teves xəstəxanaya yerləşdirildi

13:16

Venger bu məşqçiyə dəstək oldu: "Gedəcəyini çox tez dedi" 

12:58

"Hər şey mümkündür" - Kadi 

12:40

Azərbaycan çempionatı: Növbəti finalçı da müəyyənləşdi

12:21

Klopp derbidən öncə fikirlərini bölüşdü

12:02

Feras cəzalı getdi, "Qəbələ"nin daha 2 itkisi var - Adlar

11:44

Mbappe PSJ-dən getmək üçün inanılmaz məbləğdən imtina etməlidir

11:27

"Arsenal" 30 ildən sonra bunu bacaran ilk klub oldu

11:03

Son tur liderlərin dueli ilə başlayır

10:42

"Qarabağ" - "Neftçi" qarşılaşmasının hakimləri bilindi

10:26

Mamardaşvili hansı klubda oynayacağına qərar verdi - SON DURUM

10:07

Samir Abasov İspaniyada - Xavi ilə görüşəcək

09:50

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

İranlı qapıçı futboldan uzaqlaşdırıldı - Qeyri-adi səbəb

01:20

“Arsenal” “Çelsi”ni darmadağın etdi

23 Aprel 2024
21:41

"Veteran və həvəskar idmançıların komanda liqası" yarışı başa çatıb

20:34

Dümfrisdən ilk skudettosu ilə bağlı emosional açıqlama

19:35

David De Xeanın yeni klubu bilindi - İspaniyada oynayacaq

18:40

"Barselona" "Çelsi"nin oyunçusunu aparır

18:20

"Barselona" ilə "Bayern"in xəyalı suya düşdü

18:03

"Azərreyl" Azərbaycan çempionu oldu

17:51

Modriç gedir, yoxsa qalır?

17:34

"Bu işlə 65 yaşımda da vidalaşmaq planım yoxdur" - Joze Mourinyu

17:11

Qadınlardan ibarət Azərbaycan yığması Belarusdakı turnirə qatılacaq

Facebookdan bizi izləməyi unutmayın.
X