11:26 05.11.2021 1754

Regionun futbol mərkəzinə çevrilən İmişli

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusu üzrə hazırlanmışdır)

İdmanın uşaq və yeniyetmələrin həm fiziki, həm də mənəvi inkişafında rolu böyükdür. İdman uşaqları, gəncləri mənəvi cəhətdən möhkəm edir, ona qarşısına məqsəd qoymağı və bu məqsədə çatmağı, xüsusilə də kollektiv idman növləri uşaq yaşda komanda üzvü olmağı, gələcəkdə isə düzgün şəkildə cəmiyyətin üzvü olmağı öyrədir. 

Bütün dünya ölkələrində olduğu kimi Azərbaycanda da kollektiv idman növləri arasında ən populyarı futboldur. Erkən yaşlarından futbolla məşğul olan uşaq və yeniyetmələrdə yuxarıda sadaladığımız fiziki və mənəvi göstəricilər daha çox inkişaf edir. 

İmişli rayonunda da futbol ən çox diqqət mərkəzində olan idman növlərindən biridir. 2004-cü ildə rayonda "MKT-Araz" klubu yarandıqdan sonra Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində şəhərin mərkəzi stadionunda yenidənqurma işləri aparıldı. 23 mart 2006-cı il tarixində keçirilən stadionun açılışında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etmişdilər.

8500 tutumu olan, 2006-cı il aprelin 26-da UEFA tərəfindən lisenziya alan bu stadionda 2006-2007 mövsümündə "MKT-Araz" Moldovanın "Tiraspol" komandası ilə İntertoto kubokunun ev oyununu keçirmişdi.

2007-ci ildə "MKT-Araz" klubu maliyyə sıxıntısı səbəbindən fəaliyyətini dayandırsa da, rayonda futbol ənənəsi hələ də davam edir. Hətta regionun futbol mərkəzinə çevrilib demək olar. Belə ki, qonşu rayonların komandaları da ev oyunlarını İmişli stadionda keçirirlər. 

Futbol ənənəsi olan yerdə mütləqdir ki, uşaq futbolu da inkişaf etməlidir. Bu yöndə İmişlidə xeyli işlər görülür. Bu barədə Fanat.Az-a Heydər Əliyev adına İmişli şəhər stadionunun direktoru Mirheydər Səfiyev məlumat verib. 

"Stadionun bütün infrastrukturu həmişə olduğu kimi, əla vəziyyətdədir. İki oyun meydançamız var. Onlardan biri süni, biri təbii ot örtüklüdür. Üç məşq meydançamız var. 

Bu gün stadionumuzda bir neçə yaş qrupu üzrə futbol komandaları fəaliyyət göstərir. 12 və 15 yaş qrupu üzrə komandalarımız məşqlərini və ev oyunlarını burda keçirir.

Baxmayaraq ki, Premyer Liqa və I Divizionda maliyyə çətinliyi səbəbəilə təmsil oluna bilmirik, amma azyaşlılar arasında keçirilən ölkə çempionatında bütün yaş qrupları üzrə komandalarımız fəaliyyət göstərir. Onları AFFA-nın köməyi ilə topla, idman geyimləri ilə, nəqliyyatla təmin edirik. 

Region Liqasında çıxış edən "Mil Muğan" komandası da ev oyunlarını bu stadionda keçirir. Regionda beynəlxalq standartlara cavab verən yeganə stadion İmişli şəhər stadionu olduğundan Beyləqan, Kürdəmir və Ağcabədi rayonlarının futbol komandaları rəqiblərini İmişli stadionunda qonaq edir". 

Qurum rəhbəri bildirdi ki, rayon şəhər və kəndlərində uşaqların futbola cəlb olunması üçün təbliğat işləri də aparılır:

"Uşaqlar arasında futbola maraq artmaqdadır. Komandalarımızda çıxış etmək istəyən gənclərin sayında sürətlə artım müşahidə olunur. Uşaqların futbola cəlb olunmasında məşqçilərimizin böyük əziyyəti var.  Təcrübəli məşqçilərimiz Xalıq, Ələmdar, Laçın və Murad müəllim əsasən məktəblərarası keçirilən yarışlara, kəndlərdə uşaqların özfəaliyyət oyunlarına baxaraq, ordan uşaqları seçib, qruplara dəvət edirlər. Onlar orta məktəblərdə daim təbliğat aparır, futbola marağı olan uşaqları komandalara cəlb edirlər". 

Mirheydər Səfiyev onu da qeyd etdi ki, uşaq futbol komandalarımız tamamilə pulsuz xidmət göstərir. Yəni, uşaqlar Bakı uşaq futbol komandalarında olduğu kimi aylıq ödəniş yox, tamamilə pulsuz müvafiq yaş qrupu üzrə komandanın məşqlərinə yazıla bilirlər. 

Maliyyə məsələsindən mövzu açılmışkən, stadion "MKT-Araz MMC"nin balansında olsa da, AFFA tərəfindən maliyyələşir. Federasiya tərəfindən olunan maddi yardım əsasən stadionun təmir işlərinə və ot örtüyünün qulluğuna ayrılır.

Son zamanlar ölkəmizdə gənclər arasında pis vərdişlərə meyillənmənin qarşısını almaqda İmişli rayonunda da müvafiq qurumlar ciddi tədbirlər görür.

Mirheydər bəyin sözlərinə görə, uşaq və gənclərin daha çox maraq göstərdiyi sahə futbol olduğu üçün, məşqçilər məsələyə böyük həssaslıqla yanaşıb futbolçularla bu yöndə marifləndirici söhbətlər edirlər:

"Uşaqların futbolla məşğul olması onların sağlam ruhda böyüməsinə xüsusi xidmət edir. Ümumiyyətlə, uşaqların dərslərindən və məşqlərindən başqa heç bir şeyə vaxtları olmur. Onlar yaxşı anlayırlar ki, narkomaniya başda olmaqla bütün pis vərdişlər futbolla tərs mütənasibdir. Bunu nəzərə alaraq məşqçilərimiz məsələyə böyük həssaslıqla yanaşıb, mütəmadi olaraq futbolçularımızla maarifləndirici söhbətlər edib, tədbirlər keçiririk". 

Emin Şəmsiyev
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
23:32

Ronaldu Brunu Fernandeşin "Əl-Nəsr"ə transferini istəyir

22:52

"Real Madrid"in 100 milyonluq təklifini geri çevirdilər

22:12

Canni İnfantino şok karbon göstəricisi ilə gündəmə gəldi

21:53

Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar bilindi

21:16

Kamilo Duran "Milan"a qarşı şou göstərdi

20:40

Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat aldı

20:13

Azərbaycan futzal komandası Avropa Universitet Oyunlarında ikinci olub

19:43

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

19:11

Azərbaycanın U-18 basketbol millisi ilk qrup qələbəsini qazanıb

18:48

Qazax şəhərində velosiped üzrə Federasiya Kuboku keçirilib

18:07

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub - FOTOLAR

17:44

Holand Donnarummanın toyunda qonaqları belə əyləndirdi - VİDEO

17:07

Azərbaycan milliləri Minsk turnirində iştirak edəcək

16:53

Özbək futbolçu daha 5 il "Mançester Siti"də oynayacaq

16:05

David Nunyes Türkiyə yolunda - Razılığa gəlindi

15:01

"Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi stadion bilindi - PFL rəsmisi açıqladı

14:31

"Kəpəz" "Araz-Naxçıvan"ın kapitanı ilə anlaşdı - VİDEO

14:00

İspaniya nəhəngi PSJ-nin oyunçusu ilə gücləndi - RƏSMİ

13:30

İlqar Nadiri bu klubu alıb Gəncəyə köçürür - AÇIQLAMA

12:58

ÇL: "Neftçi" PAOK ilə final matçına çıxır

12:20

"Qalatasaray" “Fənərbağça”nın istədiyi ulduza elçi düşdü - SON DURUM

11:50

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürdü

11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdilər

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X