“Sumqayıt” çempionatın ikinci yarısına hazırlıq məqsədi ilə bu gün Türkiyənin Antalya şəhərinə yola düşüb.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
Yanvarın 12-dən 23-dək Lara bölgəsindəki “Aska Resort” otelində məskunlaşacaq komanda16, 19 və 22 yanvar tarixlərində 3 yoxlama oyunu keçirəcək.
Rəqiblərin kimliyi barədə hələ ki, məlumat verilməyib.