19:14 23.10.2022 543

"Ola bilər ki, qayda dəyişib, bizim xəbərimiz yoxdur" - Mahmud Qurbanov

"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Misli Premyer Liqasının 11-ci turu çərçivəsində "Şamaxı"ya qarşıkeçirdikləri oyunu (0:0)şərh edib. 

Fanat.Az xəbər verir ki, o "quru sülh"ü belə dəyərləndirib: 

"Oyuna yaxşı başladıq, hesabı da aça bilərdik. Ancaq qırmızı vərəqə oyunumuzu daha da ağırlaşdırdı. Azlıqda olsaq da, fasilədən sonra qorxaq futbol oynamadıq. Əks-hücumda oynadıq. Bir çox qol epizodları da yarada bildik. Rəqibin meydançasında oynaya bilirdik. Təəssüf ki, qalib gələ bilmədik. Halbuki xala ehtiyacımız var idi. Qarşıdakı oyunlara hazırlaşacağıq. Oyuna yaxşı hazırlaşmışdıq. Qələbə qazanmaq istəyirdik. Xallarımızı artırmaq üçün yaxşı oyun idi. Daha çox xala ehtiyacımız var".

Qurbanov komandasının qeyri-stabil oynaması fikri ilə razılaşmayıb: "Deməzdim ki, qeyri-stabil oynayırıq. Üç oyunda qırmızı vərəq almışıq. Bu da oyunumuza təsir edib. Uşaqlar bacardığı qədər oynayır. Ola bilər ki, futbolçularımızda stabillik yoxdur. Bir oyun yaxşı oynayırlar, digər oyun fərqli olur. Ona görə də tez-tez heyətdə dəyişiklik edirik. Ümumilikdə komanda şəklində pis deyilik".

Qurbanov matçın 42-ci dəqiqəsində qırmızı vərəqə alaraq komandasını azlıqda qoyan Tural Bayramlının cəzalanacağını bildirib: "Çünki Bayramlı "Zirə" ilə oyunda da qırmızı vərəqə ilə cəzalanmışdı. Ona pul cəzası kəsmişdik. Bu dəfə daha sərt olacaq. Bir oyunçu iki dəfə meydana çıxır və hər ikisində də qırmızı vərəqə alırsa, bunun cəzası sərt olmalıdır. Bəlkə də həmin vəziyyətdə sarı vərəqə ilə də kifayətlənmək mümkün idi. Hər halda, qırmızı vərəqə ilə cəzalandırıldı. Klub tərəfindən cəzası olacaq".

M.Qurbanov azlıqda qalmalarına baxmayaraq, hücum futbolçu oynadıqlarını bildirib: "Biz udmaq istəyirdik. 10 nəfərlə qalanda da, fasilədə dedim ki, hücum etməli, qol vurmalıyıq, müdafiədə oturmamalıyıq. Əfsuslar olsun ki, qol vura bilmədik. Bir xal qazandıq, yoxsa iki xal qazandıq, bunu demək çətindir. Rəqibin də heyətində yaxşı futbolçular var idi. Onlar da qələbə istəyirdi. Biz daha çox istəyirdik".

Qurbanov matçın son dəqiqələrində yan-xətt hakiminin autdan ofsayd qeydə almasına da münasibət bildirib: "Təəccüblü gəldi. Ola bilər ki, qayda dəyişib, bizim xəbərimiz yoxdur. İlk dəfədir görürəm ki, bu səviyyədə autdan ofsayd verirlər. Mənim üçün təəccüblü və acınacaqlıdır. Autdan ofsayd qeydə alınır. Çox danışmaq olar. Məncə, baş hakim məsuliyyəti öz üzərinə götürə bilərdi. Ola bilər ki, yan xətt hakimi səhv edir. Amma İnqilab illərdir ki, hakimlik edir". 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 İyul 2026
01:11

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

00:10

Azərbaycanlı döyüşçüdən növbəti parlaq qələbə

23 İyul 2026
23:15

"Bakıda qələbə qazanaraq mərhələni keçmək istəyirik" - Rəşad Sadıqov

22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X