
"Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç zədələnib.
Fanat.Az xəbər verir ki, hazırda davam edən "Şamaxı" ilə oyunda xəsarət alıb.
Ozobiç qarşılaşmanın əvvəlində zədələnib və 17-ci dəqiqədə gənc, debüt edən 18 yaşlı Nəriman Axundzadə ilə əvəzlənib.
Qeyd edək ki, "Qarabağ" noyabrın 3-da Bakıda "Frayburq"la Avropa Liqasının qrupunda son matçına çıxacaq.