17:29 11.11.2022 534

"Cavid Hüseynovla eyni maaşı alırıq" - Vüqar Əsgərli 

Misli Premyer Liqasının XIV turunda “Şamaxı" öz meydanında "Sumqayıt"ı 4:2 hesabı ilə məğlub edib. 

Fanat.Az xəbər verir ki, əyalət təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli matçdan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib: 

“Oyuna çox ciddi hazırlaşmışdıq. Çünki “Sumqayıt” heç də zəif komanda deyil. Xüsusən də Samir Abasovun gəlişindən sonra komandada canlanma hiss olunur. Ötən tur “Neftçi”yə qarşı çox yaxşı təsir bağışlamışdılar. Buna baxmayaraq, rəqibin zəif nöqtələrini bilirdik. Bunun üzərində çalışmışdıq. Çox şadam ki, qələbə qazana bildik. Uşaqları təbrik edirəm. Bu gün qalib gəlmək üçün bütün güclərini meydanda qoydular. Amma bu, son deyil. Bu tempdə də davam etməliyik. Müdafiə və yarımmüdafiə xətti arasında boşluqlar vardı. Bunu əvvəlki oyunlarda da görmüşdük. Çalışırdıq ki, bundan faydalanaq. Məşqlərdə də bunun üzərində işlədik. Düşünürəm ki, istəyimiz də alındı. 

Futbolçular təcrübəsiz idilər. Əvvəlki oyunları təhlil edərkən görürdük ki, qol epizodu yaxalasaq da, şansları dəyərləndirə bilmirdik. Məşqlərdə bunun üzərində çox çalışırdıq. Artıq faydasını görürük. İkinci dövrədə yalnız “Qarabağ”la matçda fərqlənən bilməmişdik. Bugünkü matça ciddi hazırlaşmışdıq. Digər tərəfdən də sevinirik ki, qolları ön xətdə olan futbolçular vurdu. 

- Artıq PRO lisenziyasına yiyələnmisiz. Bildiyimiz qədər analiz qabiliyyətiniz güclüdür. Mətbuat konfranslarına da siz qatılırsınız və demisiniz ki, Cavid Hüseynovla qardaşıq. Maraqlıdır, maaş məsələsində də qardaşsınız, yoxsa fərq var?

- Eyni maaşı alırıq. Biz bura gələndə əvvəldən demişdik ki, məvacibin önəmi yoxdur. Çünki ikimizin də Premyer Liqada ilk işimizdir. Çalışırıq ki, bizə yaradılan bu şansdan faydalanaq. 

- Cavid Hüseynovun kateqoriya kursunda müəllimi olmusunuz...

- Bəli, daha əvvəl qadın futbolunda çalışmaqla yanaşı, həm də AFFA-da çalışırdım. Həmin vaxt kateroqiya kurslarında Aslan Kərimovun köməkçisi idim. Həmin vaxt da kursda Cavidin müəllimi olmuşdum. Onu da deyim ki, Aslan Kərimov çox bacarıqlı mütəxəssisdir. Daha əvvəl də, PRO kateqoriyası zamanı da ondan çox şey öyərnmişik. 

- Mövsümün əvvəlindəki “Şamaxı” ilə indiki arasında ciddi fərq var. Buna necə nail oldunuz?

- 1-2 oyunu çıxsaq, digər matçlarda heç də pis təsir bağışlamırdıq. Son turlar komanda daha yaxşı çıxış edir. Xal və xallar qazandıqca futbolçularda özünəinam yaranır. Oyunçular da görürlər ki, nəticə qazanmaq mümkündür və özlərinə olan inamları daha da artır. 

- “Şamaxı”nın strategiyası məlumdur, məqsədiniz futbolçu yetişdirməkdir. Qarşıdan millinin toplanışı gəlir. Komandanızdan kimləri əsas milliyə layiq görürsünüz?

- Bu, bizdən yox, milli komandamızın baş məşqçisindən asılıdır. Sırf mənim fikrimi soruşursunuzsa, Adil Nağıyev, Rauf Hüseynli və Cəlal Hüseynovun milliyə layiq olduğunu düşünürəm. 

- Komanda uğurlu çıxış etdikcə futbolçularınıza maraq artıq. Bu məqam sizi narahat edir?

- Rəhbərliklə də, futbolçularla da bu barədə söhbətimiz olub. İddialı klublardan futbolçularımız təkliflər var. Amma gənclərə izah etmişik ki, iddialı kluba gedib ehtiyatda qalmaqdansa, burada əsas heyətdə oynamaları daha yaxşıdır. Ən azı hələlik.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

Facebookdan bizi izləməyi unutmayın.
X