13:11 23.12.2020 1327

Cəbrayıl Dövlətzadənin ilk məşqçisi: “Uduzanda ağlayıb deyirdi ki..."

Yaxınlarda Azərbaycan Cüdo Federasiyası Vətən Müharibəsində şəhid olmuş 18 cüdoçu şəhidimizin siyahısını tərtib etdi. Siyahıda Sumqayıtın Corat qəsəbəsində anadan olmuş, II Qarabağ Müharibəsinin ilk şəhidlərindən Cəbayıl Dövlətzadə də vardı.

Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş, Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəbrayılın ilk cüdo məşqçisini tapdıq.

1 saylı Uşaq-Gənclər İdman Məktəbinin cüdo müəllimi, Əməkdar məşqçi, Bədən tərbiyəsi və idman xadimi Adil Həsənov müsahibəsində keçmiş tələbəsi haqqında təəssüratlarını bölüşüb.

– Siz şəhidimiz Cəbrayıl Dövlətzadənin məşqçisi olmusunuz. Onun cüdoya necə yazılması yadınızdadır?
– Bəli, yadımdadır. 8-9 yaşları olardı. Atası onda Sumqayıtda zavodda işləyirdi, səhərlər əlindən tutub gətirirdi. Onda mən Sumqayıt Dövlət Universitetinin zalında məşq keçirdim. Cəbrayıl qohumu ilə birgə məşqə yanıma gəlirdi. Hardasa iki il yanımda məşq keçdi.



– Onu necə xarakterizə edə bilərsiniz? 
– Xarakterli, vuruşqan uşaq idi. Heç vaxt tənbəllik etməzdi. Altı kross qaçış verəndə gəlib soruşurdu ki, olar, mən iki kross qaçım? Yəni onun uşaq vaxtından istedadlı olması hiss olunurdu. Digər uşaqlardan seçilirdi. Uduzanda ağlayırdı, uduzmağı sevmirdi. Deyirdi ki, mən hamıdan güclü olmalıyam. Liderlik qabiliyyəti vardı.



– Bəs necə oldu ki, cüdodan ayrıldı?
– Sonra ata və anası boşandı. Ondan sonra uşaq məşqə gəlmədi. Anası Cəbrayılla qızını götürüb Bakıya köçdü. Əvvəl Xırdalanda, daha sonra Keşlə qəsəbəsində nənəsigildə qaldılar.

Ailə vəziyyəti belə alınmasaydı, Cəbrayıl cüdoda qalardı. Bəlkə də, indi onun haqqında dünya və Avropa çempionatının mükafatçısı kimi danışırdıq. Biz onu kadetlər (məktəb yaşlılar) arasında şəhər birinciliyinə hazırlamışdıq. Təəssüf ki, belə bir hadisə oldu və cüdonu dayandırdı.



– Yəqin ki, Sumqayıtdan ayrıldıqdan sonra onunla əlaqəniz itmişdi. Şəhid olmasını eşidəndə sizin tələbəniz olduğunu dərhal bildinizmi?
– Açığı, Polad Həşimovun yanında dəfn olunanda, ilk dəfədən tanımadım. Onun sifəti mənə tanış gəlirdi, amma yadıma sala bilmirdim. Böyüsə də, həmin uşaqlıqdakı sifət cizgiləri dəyişməmişdi. Sonra qohumu mənə zəng etdi.

Dedi ki, Adil müəllim, Cəbrayıl sizin tələbəniz olub. Bunu eşidəndə tüklərim biz-biz oldu. O cür uşağı itirdiyimizə çox məyus oldum. Bu, mənə çox pis təsir etdi. Bir tərəfdən də sevindim ki, qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə ucalıb.



– Onun haqqında başqa nə eşitmisiniz?
– Ötən ildən hərbi xiddmətdə idi. Daha sonra Ballıqayada Xüsusi Təyinatlılar üçün əsgər yığılanda könüllü olaraq yazılıb. Orada xüsusi kurs keçib. Düşmən postunu dağıtmaq üçün əməliyyata gedənlərin hamısı zabit olub, yeganə əsgər Cəbrayıl olub.

Zabitlərə deyib ki, sizin ailəniz var, geri qayıdın. O, bir erməni generalını boğub, iki polkovniki məhv edib... Anasına da deyib ki, sonra Sumqayıta gələcəyəm, "052”yə gəlib işləyəcəyəm, sizə pul qazanacağam, ev alıb ailəni pis vəziyyətdən çıxaracağam. 

Yəni uşaq vaxtından çox zəhmətkeş olub. Eşitdiyimə görə, cüdodan sonra trenajor məşqləri ilə də məşğul olub. Həmçinin, məndən ayrıldıqdan sonra Xırdalan və Keşlədə də cüdoya gedib.
 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

Facebookdan bizi izləməyi unutmayın.
X