Mariborda keçirilən DÇ-2022-nin seçmə oyunu Sloveniya - Rusiya (1:2) matçında xoşagəlməz hadisə yaşanıb.
Fanat.Az "R-Sport" saytına istinadən xəbər verir ki, oyundan sonra rus azarkeşlər yerli sakinlər tərəfindən döyülüb.
Hücuma məruz qalan azarkeşlədən biri Roman hadisə ilə bağlı mətbuata açıqlamasında: "Beş nəfər idik. Oyundan sonra stadiondan çıxıb otelə tərəf gedirdik. Üzərimizdə Rusiya millisinin rəngləri və atributikası yox idi. Qaranlıq küçələrdən birində yerli sakinlər arxadan bizə hücum edərək yerə çırpıb döyməyə başladılar. Onların içkili olduğunu spirt iyindən müəyyət etmək olardı. Hamımız döyüldük, amma yerlilərimizdən biri daha çox xəsarət aldı. Onu xəstəxanaya apardıq, həkimlər bədənində bir neçə əzik və sınıqların olduğunu dedi.
Həkimlər onu əməliyyat etməyi təklif etdilər, amma təyyarə reysini təxirə salmamaq üçün geri qayıtmalı olduq. Yerli polislər hadisə ilə bağlı protokol tərtib ediblər".
Xatırladaq ki, komandaların yer aldıqları H qrupunda Rusiya 19 xalla I yerdə Sloveniya isə 10 xalla IV yerdədir.
Emin Şəmsiyev