FIFA Panama Futbol Assosiasiyasını cəzalandırıb.
Fanat.Az xəbər verir ki, buna milli komanda azarkeşlərinin Kosta-Rika və Meksikaya qarşı DÇ-2022-nin seçmə oyunlarında homofob xarakterli şüarlar səsləndirməsi səbəb olub.
Qurumun İntizam Komitəsinin qərarına əsasən, Panama yığması noyabrın 16-da Salvadora qarşı matçı azarkeşsiz keçirəcək və assosiasiya 50 min isveçrə frankı məbləğində cərimə ödəyəcək.
Ancaq FİFA-nı ayrı-seçkilikdə qınayan Panama Futbol Assosiasiyası apellyasiyaya şikayət verdiklərini açıqlayıb.