
Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku komandası DÇ-2026-ya birbaşa vəsiqə qazana bilməyəcəyi halda, postundan gedəcəyini bildirib.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssis belə danışıb:
"Söz vermişəm, dünya çempionatına birbaşa vəsiqə qazanmasaq, pley-offa qədər başqasına yol açacam. Hazırda mənim işim pley-offda oynamağa qadir komanda yaratmaqdır".
Qeyd edək ki, Rumıniya yığması oktyabrın 12-də öz meydanında Avstriya millisini 1:0 hesabı ilə məğlub edib. 6 oyuna 10 xal toplayan kollektiv yer aldığı qrupda 3-cü sıradadır.
Nihat