
Hazırda davam edən futbol üzrə dünya çempionatının 1/16 final mərhələsində Misir yığmasına penalti seriyasında (1:1, penaltilər - 4:2) uduzaraq mübarizəni dayandıran Avstraliya seçməsinin baş məşqçisi Toni Popoviç fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, qarşılaşmanın ardından baş tutan mətbuat konfransında belə danışıb:
"Belə məğlubiyyəti qəbul etmək çox çətindir. Komandam meydanda bütün gücünü qoydu, sonadək mübarizə apararaq xarakter göstərdi. Penaltilərdə uduzmaq həmişə ağırdır. Futbolçularımla fəxr edirəm, çünki turnir boyu ölkəmizi layiqincə təmsil etdilər. Penalti seriyasında meydana buraxılan qapıçımızın - Metyu Rayanın işinin öhdəsindən gəlmədiyini düşünmürəm. Rəqib futbolçular zərbələri dəqiqliklə yerinə yetirdilər".
DÇ-2026 tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilir. ABŞ, Kanada və Meksikada təşkil olunan mundial iyunun 11-də başlayıb. DÇ həyəcanı 19 iyul tarixinə qədər davam edəcək. Son dünya çempionu Argentina millisidir.
Nihat