
DÇ-2026-nın 1/16 final mərhələsində Qananı 1:0 hesabı ilə üstələyən Kolumbiya yığması turnirdə ardıcıl 3 oyunda qol buraxmayıb.
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, kolumbiyalılar dünya çempionatları tarixində ilk dəfə ardıcıl 3 matçda qapılarını toxunulmaz saxlamağı bacarıblar.
Sözügedən kollektiv bu turnirdə cəmi 1 dəfə topu tirdan çıxarmalı olub ki, həmin qol da qrup mərhələsinin 1-ci turunda Özbəkistanda qarşı keçirdikləri görüşdə qeydə alınıb.
DÇ-2026-da hələ qol buraxmayan komandalar Meksika və İspaniya milliləridir.
Kolumbiya 1/8 finalda İsveçrə ilə qarşılaşacaq.
Qeyd edək ki, tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən dünya çempionatı iyunun 11-də başlayıb. Turnir 19 iyulda yekunlaşacaq.
Nihat